Bu gün:

Boşanmaların sayının artmasına səbəb nədir?


24media.az-ın " 1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi ailə və uşaq psixoloqu Aynur İsmayılovadır. Psixoloq boşanmaların səbəblərindən və xoşbəxt ailənin sirrlərindən danışıb.


-Sizcə, boşanmaların sayının artmasına səbəb nədir və xoşbəxt ailənin sirrləri nələrdir?




Hazırda boşanmaların sayının çoxluğu insanların daha çox sosial şəbəkələrdən tanış olmasının, bir-birini daha yaxından tanımamasının, evliliyə daha tez qərar verməsinin nəticəsidir. Ümumiyyətlə, biz texnikanın, sürətli sosiallığın  inkişafı fonunda yaşayırıq deyə bəzi dəyərlərimiz itib. Bəzən sadəcə evlilik, bir-birini tanımaq kimi dəyərlər üçün deyil, sadəcə ad olsun ki "mən də evlənirəm, mən də uşaq sahibi olacağam" düşüncəsi ilə evliliklər qurulur. Bu düşüncə ilə qurulan evliliklər boşanmalara səbəb olur. Çünki zaman keçdikcə hər iki tərəf məsuliyyətlərinin bir-birinə uyğun olmadığını dərk edir və boşanma qərarı alırlar. Beləliklə, boşanmaların sayı artır. 


Boşanmalara səbəb olan bir çox səbəblərdən biri də sosial şəbəkələrdə məşhur insanların boşanmalarının çox afişa şəklində elan olunmasıdır. Sosial şəbəkəyə daha çox müraciət edən insanlar fikirləşir ki, "hansısa bir məşhur boşanırsa, mən niyə boşanmayım?” “Mənim də bu problelmərim var".  

Bəzən yeni evlilərin ailələri onlara deyir: "ürəyin istəyirsə boşan, sən onunla əlaqə qura bilmirsənsə, boşana bilərsən" kimi ifadələr və.s 


Xoşbəxt ailə qurmaq istəyən insanlar isə ən azı 10 aya qədər bir-birini daha yaxından tanımalı, birlikdə vaxt keçirməli və nəzər yetirməlidirlər ki, dəyərləri üst-üstə düşürmü? Hazırkı sosiallığın inkişaf etdiyi dövrdə xoşbəxt ailənin sirri ailə qurmazdan əvvəl mütəxəssislərin, psixoloqların qəbulunda olub, dəyərlərinin, məsuliyyətlərinin üst-üstə düşməyini analiz etməlidilər. Bu zaman xoşbəxt ailə qurmaq mümkündür.


Günay Məmmədova

Paylaş
Şərh əlavə et