Bu gün:

Dostluq niyə vacibdir?


Dostluq vacibdir, çünki o, ortaq dəyərlərə və maraqlara sahib olduğumuz insanlar ilə vaxt keçirdiyimiz dəyərli münasibətdir. Dostlar bizə tənhalığımızın və ya təcridin qarşısını almağa kömək edir və məqsədyönlü həyat sürmək üçün çalışarkən bizə dəstək olurlar. Onlar arzularımızı həyata keçirməyə təşviq edə və çətin anlarda anlarda ən yaxın məsləhətçilərimiz ola bilərlər.


Dostluq əlaqələrimiz psixi sağlamlığımıza və ümumi xoşbəxtliyimizə təsir göstərir. Biz iş və şəxsi həyatımızda insanlar ilə əlaqəkər qururuq. Zaman keçdikcə bu əlaqələr böyüyə bilər. Məktəbə və ya işə getdiyimiz yerdən asılı olaraq insanlarla müvəqqəti dostluq edə bilərik. Bəzi dostluqlar isə, bu insanlarla harada görüşdüyünüzdən asılı olmayaraq, ömürlük davam edir.


Yaxın dostlarımızdan aldığımız emosional dəstək, həyatı darıxdırıcı hiss etdiyimiz zaman bizə ilham verir və çətinliklərin öhdəsindən gəlmək üçün ruhlandırır. Yaxşı dostlarımız işdən və ya həyatımızda başqa bir problemdən bezib yorulduğumuzu görüb bizə istirahətə ehtiyacımız olduğunu deyə bilər.

Məlum olub ki, dostluq müxtəlif emosional və ya mental sağlamlığımıza müsbət təsir göstərir. Dostluğun10 faydalı tərəfini təqdim edirik:


1. Bizə aidlik hissi verir. 

2. Özümüzə inamımızı və özünə hörmətimizi artırır. 

3. Yüksək qan təzyiqi və ürək xəstəliyi kimi sağlamlıq problemlərinin qarşısını alır. 

4. Sosial təcrid və tənhalığa dücar olmaqdan xilas edir. 

5. Bizə yeni şeylər öyrədir və perspektivlərimizi genişləndirir. 

6. Yaxınlarımızı itirdiyimiz zaman ağrımızı yüngülləşdirirlər.

7. Romantik münasibətlərimiz sonlandıqda dostlarımız bizə emosional dəstək verir. 

8. Məqsədlərimizə çatmaq və yeni şeylər sınamaq üçün bizi motivasiya edirlər. 

9. Həyatımıza yumor gətirir. 

10. Sağlam olmayan vərdişləri geridə qoymağımıza kömək edir. 


Mənbə: betterup.com 


Tərcümə etdi: Ləman Xəqani

Paylaş
Şərh əlavə et