Bu gün:

İsti çay içməyin zərərləri


Yeni araşdırma qəhvə və çay kimi həddindən artıq isti içkilərin istifadəsinin çox zərərli olduğunu göstərdi. İran alimləri isti çayın da spirt və tütün kimi qida borusu xərçənginə səbəb olduğunu aşkar ediblər. İsti içkilər boğaz toxumasını zədələyir və xərçəng riski 8 dəfə artır. Tehran Tibb Elmləri Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma British Medical Journal tibb jurnalında dərc olunub. Yaxın Şərq ölkələrində boğaz xərçənginin yüksək nisbəti isti çay istifadəsi ilə əlaqələndirilir. Çünki bu ölkələrdə siqaret və spirtli içkilər çox az istifadə olunur. Bununla belə, çayın istiliyi məqbuldur.

 

Tədqiqat üçün alimlər 300 xərçəng xəstəsi və 571 yüksək xərçəng riski olan adamın çay içmə vərdişlərini qeydə alıblar. Tədqiqat üçün könüllü olan insanların, demək olar ki, hamısı müntəzəm olaraq qara çay istifadə edirdi. Aparılan araşdırmalar nəticəsində stəkana tökülən qaynadılmış çayın bir neçə dəqiqə ərzində içilməsinin xərçəng riskini 5 dəfə artırdığı görülüb. İsti içkilərin niyə xərçəngə səbəb olması istinin zərərli təsiri ilə bağlıdır. Həddindən artıq isti mayelər boğaza və yemək borusuna zərər verir.

 

 Mənbə:milliyet

 Tərcümə etdi:Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et