Bu gün:

Edam cəzası və onun növləri


Ölüm hökmü ya da edam — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər.

Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır.

Edam növləri:

Asaraq öldürmə — bu cəza əsasən Misir, İran, İraq, Yaponiya, İordaniya, Pakistan, Sinqapur, Əfqanıstan, Yəmən və digər ölkələrdə həyata keçirilir. Məhkumlar ictimaiyyətin gözləri önündə qurulmuş dar ağaclarından, xüsusi edam stendlərindən və ya kran maşınlarından asılmaqla edam olunurlar. Asılma cəzasını ən çox nümayiş etdirən ölkə İrandır. Bəzən bu ölkədə insanların gözü önündə bir neçə nəfər şəxs eyni vaxtda asılmaqla öldürülür.

Güllələmə — Bu ölüm cəzası bir sıra Afrika ölkələri, həmçinin Rusiya, Şimali Koreya, Vyetnam, Suriya, Cənubi-Şərqi Asiya ölkələrində tətbiq edilir. Güllələnməyə gətirilən məhkumun gözləri bağlanılır, bir və ya bir neçə şəxs tərəfindən onun bədəninin müxtəlif hissələrinə atəş açılmaqla qətl icra olunur. Bəzi ölkələrdə hərbi cinayətlər törədən və ya fərarilik edən hərbçilər əsgərlərin gözü önündə güllələnirlər.

Boğma — bir sıra xalqlar ölüm cəzasının insan qanı tökmədən icra edirlər. Belə olan halda cəza məhkumun boğulması ilə icra olunur. Fiziki cəhətdən sağlam və güclü cəllad məhkumun boynunu qolları arasında sıxmaqla onu boğur.

Tapdalama — bu ölüm cəzası əsasən Hindistanın bir sıra ştatlarında və bəzi Afrika ölkələrində icra olunur. Məhkumlar fillərin ayaqları altına atılmaqla öldürülür.

Elektriklə öldürmə — əsasən ABŞ və bəzi Latın Amerikası ölkələrində bu cəza icra olunur. Məhkum xüsusi hazırlanmış elektrik stuluna oturdulur. Onun əllərinə, ayaqlarına və başına nəm əski qoyulur, üzəri mis qapaqla bağlanır və məhkumun gözlərini bağlayırlar. Yüksək gərginlikli elektrik cərəyanının buraxılması nəticəsində məhkum bir neçə saniyə ərzində dünyasını dəyişir.

İnyeksiya — zəhərli iynə vurmaqla icra edilən bu ölüm növü ABŞ, Qvatemala, Tailand və s. ölkələrdə yerinə yetirilir.

Daşqalaq — bu cəza növü İran və Əfqanıstanda yerinə yetirilir. Əsasən zina işlətmiş insanlar, əxlaqsız qadınlar, dinə şəkk gətirənlər məhkəmənin qərarı ilə insanlar tərəfindən daşqalaq olunmaqla öldürülür.

Qəribə burasıdır ki, təsvir etdiyimiz cəzalar ictimaiyyətdə elə bir narazılıq doğurmurdu. Professor Piontkovski yazır ki, cəllad peşəsi nəinki ikraha səbəb olmuş, hətta qanunun icraçısı kimi cəmiyyət arasında prestijli sayılırdı. Hərdən cəlladlığı tanınmış xadimlər də öz üzərlərinə götürərdilər.

Mənbə: Britannica.com 

Tərcümə etdi: Aytac Musayeva

Paylaş
Şərh əlavə et