Bu gün:

Qum şüşəsi nədir?


Əsas materialı qum olan şüşə gündəlik həyatın bir çox sahələrində funksional olaraq istifadə edilən materiallardan biridir. Şüşə istehsalında istifadə edilən qum təbiətdə ən bol olan maddələrdən biridir. Şüşənin ən mühüm və unikal xüsusiyyəti şəffaflığıdır. 


Şüşə ən sadə ifadəsi ilə əhəng, qum və soda kimi maddə kompozisiyalarının müxtəlif prosesləri nəticəsində əmələ gələn şəffaf materiala verilən addır.


Qum şüşəsi nədir?


Yalnız qumun əriməsi ilə əldə edilən şüşəyə verilən addır və təmiz silisium şüşəsi də adlanır. Ancaq yalnız qumdan hazırlanan bu material çox kövrəkdir. 


Şüşə istehsalı diqqət tələb edən və istifadə olunan materialların qarışıqlarının mütənasib və düzgün istifadəsini tələb edən istehsal növüdür.  Şüşə istehsalı zamanı həm ərimə temperaturunu azaltmaq, həm də şüşənin dayanıqlığını artırmaq üçün qum və əhəng qarışığına soda əlavə edilir. Müxtəlif kimyəvi maddələrə və suya qarşı dözümsüzlüyün qarşısını almaq üçün maddələrin qarışığı; Dolomit, əhəngdaşı və feldispat kimi mineralları əlavə etmək lazımdır. Bu qarışıq “harman” adlanır.


Mənbə: Asilcam


Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et