Bu gün:

Aqata Kristi


Aqata Kristi


Aqata Kristi 15 sentyabr 1890-cı ildə Devon ştatının Torquay şəhərində anadan olub. Onun tam adı Agatha Mary Clarissa Miller Christie Mollowan-dır. O, Meri Klarissa Miller və Meri Vestmakott təxəllüslərindən də istifadə edirdi. Atası Frederik Alvah Miller, anası isə Klarissa Millərdir. Onun bacısı Marqaret Frari Miller, qardaşı isə Lui Montant Millerdir.


Aqata Kristi evdə təhsil alıb. Çox gənc yaşlarında anası tərəfindən yazmağa həvəsləndirilən Kristi on altı yaşında Parisə səs və fortepiano dərsləri aldığı bir məktəbə göndərilir. Aqata Kristi 1914-cü ildə Royal Flying Corps əməkdaşı Archibald Christie ilə evləndi. Bu evlilikdən 1919-cu ildə qızları Rozalina dünyaya gəlib.

Aqata Kristinin ilk detektiv romanı “Stillərdəki sirli iş”dir. Bu, onun daha sonra qırxdan çox romanında görünəcək məşhur Belçika detektiv personajı Herkül Puarodan istifadə etdiyi ilk kitab idi. Kitab müxtəlif nəşriyyatlar tərəfindən rədd edilib. Daha sonra 1920-ci ildə Bodley Heidi nəşriyyatı tərəfindən qəbul edilib. 1971-ci ildə Aqata Kristi İngiltərənin ən məşhur medalı olan "Britaniya İmperiyasının Qadın Komandiri" medalını aldı.

Aqata Kristi 1976-cı il yanvarın 12-də İngiltərənin Uollinqford şəhərində vəfat edib.


Mənbə: haberturk.com

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et