Bu gün:

Bolqarıstanda təşkil edilən gəlin bazarı


Bolqarıstanın Stara Zaqora şəhərində hər yaz gəlin bazarı təşkil edilir, bu vaxt gənc qızlar elçilərinin qarşısında parad şəklində rəqs edirlər. Yerlilər tərəfindən qaraçı gəlin bazarı kimi tanınan bu yerdə qızlar uzun məxmər geyimlər geyinib bər-bəzəkli aksesuarlardan istifadə etməlidirlər. 

Ənənə

Gəlin bazarı pravoslav xristianlarının ilk şənbə günü keçirilir. Paraddan sonra adətən evlilik ilə nəticələnən sövdələşmə baş verir. 

Görünüş qiymətə təsir göstərir. 

Bolqarıstan Elmlər Akademiyasının etnoqrafı Velço Krustevin sözlərinə görə, pulun miqdarına görə gəlinin yeni ailəsi onunla yaxşı və ya pis davrana bilər. 18 yaşlı Xristos Georgiev 18 yaşlı Donka Dimitrovanın atası danışıb və 7500-11300 dollar arası bir məbləğə Donkanı özünə həyat yoldaşı kimi alıb. NYT-ə görə, bu, bir Bolqarıstanlının orta hesabla bir illik əmək haqqından daha çoxdur. Uşaq pulu Kiprdə işləyərkən topadığını deyib. Namizəd qızlar həqiqətən gözəldirsə, qiymət 21.000 dollara qədər yüksələ bilər. 

Bu bazar nə üçün və necə yaranıb

Qızlarını taliblər tərəfindən "oğurlanmaqdan" xilas etmək üçün Kalaidzhilu ailələr qızlarını 8-ci sinifdən sonra məktəbdən uzaqlaşdırır və adətən 16-20 yaş aralığında olan qızlarını gəlin bazarında ərə verirlər. Bu yerdə təhsil prioritet hesab edilmir və hər beş bolqar qaraçı qadından biri savadsızdır. Dünya Bankının hesablamalarına görə, bolqar qadınlarınln yalnız 10℅-nin orta təhsili var. 


 Mənbə: news.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et