Bu gün:

Ortopedik ayaqqabıların faydaları nələrdir?


İnsanlarda ortopedik və ya anatomik olaraq da bilinən ayaqqabılar haqqında yanlış təsəvvürü var. Bu ayaqqabılar fiziki problemləri olan xəstələrin şikayətlərinə uyğun hazırlanmış tibbi ayaqqabılardır. Mütəxəssis tərəfindən təyin edilməli olan bu tibbi məhsullar həkimin nəzarəti altında istifadə edilməlidir. 


Ortopedik ayaqqabılar ayağın patoloji dəyişikliyinə görə sifarişlə hazırlanır. Belə ayaqqabılar həkimin göstərişi ilə hazırlanmalıdır. İnternetdə bu adla satılan məhsullara qarşı diqqətli olmalı və mümkünsə, ayaqqabının keyfiyyəti haqqında rəsmi sənəd tələb etməlisiniz.


Ümumiyyətlə ortopedik ayaqqabılar; qısa dabanlı, ön tərəfində geniş boşluqlu, barmaqların içəridə hərəkət etdirilməsi asan olan, alt hissəsinin müəyyən qədər elastik olduğu, tağ dəstəyi ilə təchiz olunmuş gövdəsi olan məhsullardır. Materialı yumşaq, davamlı və nəfəs alan olmalıdır. Olduqca elastik, bızi hissələri daha qalın olan, bədən çəkisini ayağa düzgün paylayan, istənilən bədən quruluşunu saxlamaya bilən, ən əsası nəzərəçarpacaq dərəcədə rahat altlığa sahib olmalıdır. 


Ortopedik ayaqqabılardan kimlər istifadə etməlidir sualına gəlincə; Körpələrə lazım olmadıqca 2 yaşından əvvəl ortopedik ayaqqabı geyindirilməməlidir. Mümkünsə, çəkmələr və qalın corablarla idarə olunmalıdır. Körpənizdə bir xəstəlik diaqnozu qoyulmayıbsa və ortopedik ayaqqabı tövsiyə edilmirsə, ayaqlarını sıxmayan bir cüt rahat idman ayaqqabısından istifadə daha düzgün olar. Ayağın düzgün formalaşması körpənin ilk addımlarından başlayır. Valideynlər bu prosesi diqqətlə izləməli və buna şərait yaratmalıdırlar.


Çox vaxt istehsalçılar valideynlərin qorxularından öz üstünlükləri üçün istifadə edirlər. Sağlam uşaqların ortopedik ayaqqabılara ehtiyacı yoxdur, amma bütün valideynlər bilmir ki, ayağın tam formalaşması üçün əzələlər işləməlidir. Buna görə də müayinəsiz və ortoped məsləhəti olmadan ortopedik ayaqqabı almayın. Ortopedik ayaqqabıların uşaqların inkişafına faydalı olduğunu və həkim tövsiyəsi olmasa belə geyinməyin uyğun olacağını düşünmək yanlışdır. Hətta uşağınızın belə ayaqqabı geyinməsinə ehtiyac yoxdursa, bu, ayağın inkişafına mənfi təsir göstərə bilər. 


Ortopedik ayaqqabılar ilə idman ayaqqabıları arasında fərq nədir?


Ortopedik başmaq və ayaqqabılar həkim tərəfindən təyin olunan və ayaq deformasiyalarının aradan qaldırılması üçün istifadə edilən tibbi məhsullardır. İdman ayaqqabıları ayaqlarında heç bir xüsusi fizioloji pozğunluğu olmayan insanlar üçündür. İdman ayaqqabısı gündəlik istifadə idman zamanı ayaqları qorumaq və rahat hərəkət edə bilmək məqsədi daşıyan ümumi istifadə üçün nəzərdə tutulan geyimdir. İdman ayaqqabılarından istifadə edərkən diqqət etməli olduğunuz ən mühüm amil düzgün ölçü seçimidir.


Mənbə: jump.com


Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et