Bu gün:

Şəkər xəstəliyi


Diabet əsasən qan şəkəri ilə bu şəkərin hüceyrələrdə istifadə edilməsinə imkan verən insulin hormonu arasındakı balanssızlıq nəticəsində yaranır. Xəstəlik nəticəsində hüceyrələrdə şəkər lazım olduğu kimi istifadə oluna bilmədiyi üçün qanda şəkər sərbəst şəkildə dolaşmağa başlayır. Vaxt keçdikcə bədəndə və damarlarda qan dövranı şəbəkəsini, eləcə də damarların özlərini zədələyir.

Xəstəlik uzun müddət ərzində ölümcül ola bilər, çünki damarları və orqanları məhv edir. Diabet məkrli bir xəstəlikdir və adətən bədəndə yerləşdikdən sonra aşkar edilir. Simptomlardan biri və ya bir neçəsi müşahidə olunarsa, həkimə müraciət edilməlidir. Şəkərli diabet bəzi hallarda aşkar simptomlarla özünü göstərməyə bilər. Diabetin ilk mərhələsi bir çox həkimlər tərəfindən prediabet olaraq təyin olunur. Bu mərhələdə bir neçə simptomlar aydın görünmür. Ancaq bu mərhələdə xəstəliyi müəyyən etmək və tədbir görmək müalicəni asanlaşdıracaq və hətta diabetin inkişafının, bütün bədənə yayılmasının qarşısını alacaq.

Mənbə: memorial.com.tr

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et