Bu gün:

Dəniz qabıqlarının çıxardığı səsin mənbəyi nədir?


Yəqin ki, dəniz qabıqlarının səsinin mənbəyi haqqında çoxlu hekayələr eşitmisiniz. Bu səsin nədən qaynaqlandığını və haradan gəldiyini hamımız maraqlandırmışıq. Bir çoxlarımızın yaşadığı və hər zaman təəccübləndiyi bu səsin mənbəyi ilə bağlı müxtəlif nəzəriyyələrlə yanaşı, əsl səbəb də üzə çıxdı.

Bəziləri bunun okeanın səsi olduğunu desə də, bəziləri qan təzyiqinin səsi olduğunu deyir. Ancaq araşdırmalar maraqlı bir nəticə ortaya qoydu. Dəniz qabığının səsinin mənbəyi budur...

Bir çoxumuz dəniz qabığını qulağımıza yaxınlaşdırdıqda eşitdiyimiz səsin dalğaların səsi olduğunu düşünürük. Hətta bu səsin qan təzyiqi olduğunu deyənlər də var.

Araşdırmalara görə, bu səs onların heç birinə aid deyil. Dəniz qabığından gələn səsin əsas mənbəyinin ətraf mühitin səs-küyü olduğu bildirilir. Eşitdiyiniz bu səs, okeanın səsi kimi ətrafınızdakı mühitin səs-küyüdür.

Dəniz qabığı ətrafdakı səs-küyü udur və əks-səda yaradır. Qabıq quruluşuna görə səsi müxtəlif tezliklərə çevirərək ötürə bilir. Buna görə də qabığın forması və ölçüsü eşitdiyiniz səsə də təsir edir. Buna görə də müxtəlif dəniz qabıqlarında eşidilən səs fərqli ola bilər.

Fərqli dəniz qabıqlarından eşidilən səs də fərqlidir, çünki fərqli qabıqlar fərqli tezliklərdə vurğu yaradır.  Buna görə də dəniz qabığını qulağımıza dənizə yaxın tutsaq, eşitdiyimiz əslində dalğaların səsi olacaq.

Qabıqdan kənar səs-küy də eşitdiyiniz səsin intensivliyini dəyişə bilər. Dəniz qabığını rezonans kamerası kimi görə bilərsiniz. Səs qabığa xaricdən daxil olduqda, qabığın içindəki ətrafa dəyir və eşidilən səs yaradır. Beləliklə, bir mühitdə nə qədər səs-küylü olsanız, okeana bənzər səs bir o qədər yüksək olar.

Açığı, bu səsi eşitmək üçün dəniz qabığına ehtiyac yoxdur. Boş fincandan istifadə etməklə və ya əlinizlə oval boşluq yaratmaqla da dalğa səsini eşidə bilərsiniz.

Bir sözlə, bu rahatlaşdırıcı səslər ətrafımızdakı səslərin xüsusi və akustik yenidən qurulmasıdır.

Mənbə: haberturk.com 

Tərcümə etdi: Aytac Musayeva 


Paylaş
Şərh əlavə et