Bu gün:

Beynimizin neçə faizini istifadə edirik?


Bu gün də beyin sərhədləri həll edilmiş bir orqan deyil. Bununla belə, illərdir populyarlığını qoruyan bir iddia var. Həqiqətən beynimizin yalnız 10 faizini istifadə edirik, yoxsa bu əfsanədir?

Bu əfsanəni başladan konkret şəxs olmasa da, bu konsepsiya Amerikalı psixoloq və yazıçı Uilyam Ceyms tərəfindən populyarlaşdırılıb və o“İnsanların enerjiləri” kitabında yazırdı: “Biz mümkün gücümüzün yalnız kiçik bir hissəsindən istifadə edirik".

Baltimordakı Cons Hopkins Tibb Məktəbindən nevroloq Barri Qordon deyir: "Bu "10 faiz əfsanəsi" o qədər yalandır ki, insanda gülüş doğurur".

Beynin bütün sahələrinin eyni anda aktivləşmədiyi doğru olsa da, görüntüləmə texnologiyasından istifadə edən beyin tədqiqatçıları beynin 24 saat ərzində davamlı olaraq aktiv olduğunu sübut etdilər.

Amma həqiqət budur ki, müəyyən məqamlarda; məsələn, sadəcə durub düşünəndə beynimizin yalnız 10 faizini istifadə edə bilərik.

Minn Rochester şəhərindəki Mayo Klinikasının nevroloqu Con Henley deyir: "Sübutlar bir gün ərzində beynin 100 faizini istifadə etdiyinizi göstərir". Henley qeyd edir ki, özünüdərketmə və ya beynin insanlara ətraflarını hiss etmələrinə kömək edən somatosensor sahələri aktivdir.

Beynin müxtəlif hissələrindən olan neyron qruplarının şüur yaratmaq üçün necə əməkdaşlıq etdiyi başa düşülmür. Digəri isə: Beynimizin yalnız 10 faizi neyronlardan ibarətdir. Digər 90 faiz neyronları əhatə edən və dəstəkləyən, lakin funksiyaları böyük ölçüdə bilinməyən qlial hüceyrələrdən ibarətdir.

Nəticədə beynimizin 10 faizini istifadə etmirik, onun necə işlədiyini yalnız yüzdə 10-a yaxınını anlayırıq.

Mənbə: Scientificamerican

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et