Bu gün:

Friderik Şopen kimdir?


Frederik Şopen 1810-cu ildə Varşava yaxınlığında Zelazova Vola adlı kəntdə anadan olub. Uşaq yaşlarından fransız dili müəllimi olan atasından fransız dili dərsi alan sənətçi kiçik yaşlarında musiqiçi olan anasından da fortepiano dərsi alıb. Belə ailə mühiti və klassik musiqi və fortepiano sahəsində olan istedadı Şopenin kiçik yaşlarından tanınmasına gətirib çıxardıb.


Hələ 4-5 yaşında ikən anasından aldığı fortepiano dərsləri sayəsində 8 yaşında ikən dövrün duayeni kimi tanınan çex pianoçusu Albert Zivninin tələbəsi olur. Şopenin fortepiano haqqında çox şey öyrənməsinə kömək edən Zivni Frederik Şopenin cəmi 12 yaşı olanda "Şopenə öyrədəcək heç nəyim qalmadı" deyib. 


Bu dövrdə Frederik Şopen musiqi təhsilinə və akademik təhsilə böyük əhəmiyyət vermiş, xüsusilə klassik musiqi və fortepiano sahəsində özünü təkmilləşdirməyə davam etmişdir. Orta məktəbi bitirdikdən sonra Varşava Universitetinin konservatoriya şöbəsinə daxil olmuşdur. Bethovenin vəfat etdiyi ildə dövrün görkəmli incəsənət və musiqi adamlarından biri olan professor Cozef Elsner Şopenin təhsilini öz üzərinə götürür və onun bütün Avropada, xüsusən də Polşada məşhur olmasında böyük rol oynayır. 

Universitetdə konservatoriyada təhsil aldığı müddətdə Bethoven və Motsart kimi əfsanələrin bəstələrini tədqiq edən Frederik Şopen klassik musiqiyə fərqli baxış bucağı gətirir. İlk bəstələrini 16 yaşında aşiq olduğu qız–Konstantia üçün bəstələyib. Bu dövrdə müəlliminin dəstəyi ilə Vyanada konsertlər verməyə başlayan Frederik Şopen yaşadığı şəhərin klassik hərəkatın mərkəzi olduğu üçün əvvəlcə öz üslubunu mənimsətməkdə çətinlik çəkirdi. O, klassik musiqinin sərhədlərini əsaslı surətdə silkələdi, çünki onun musiqisi tamamilə orijinal və yaradıcı bir formayada idi. Daha sonra Parisə köçən bəstəkar atası fransız əsilli olduğu üçün şəhərə uyğunlaşmaqda çətinlik çəkmir. Fransaya yerləşdiyi zaman qısa müddətdə Cherubini, Mendelsson, Liszt, Meyerbeer, Berlioz kimi dövrünün əhəmiyyətli şəxsiyyətləri ilə yaxından tanış olur. Beləliklə, Avropada nüfuzunu daha da artıran Frederik Şopen dövrün məşhur yazıçılarından olan Corc Sand ilə eşq həyatı yaşamağa başlayır.

Şopenin həyatı boyu müxtəlif sağlamlıq problemləri olub. 1849-cu ildə, 39 yaşı tamam olanda Parisdə vəfat edir. Ölümün səbəbi dəqiq bilinməsə də, vərəm olduğu düşünülür.
Şopen Motsartın rekviyeminin və özünün bəstələdiyi "Cənazə Marşı" (2-ci Piano Sonatası - 3-cü pərdə) onun öz dəfnində səsləndirilməsini istəyirdi. Şopenin məzarı Parisdəki Per-Laşez qəbiristanlığında olduğu halda, ürəyi Varşavadakı kilsədə saxlanılır. Ölümündən sonra vəsiyyətinə əsasən ürəyi bədənindən ayrılaraq şüşə qabda doğulduğu Polşaya aparılıb. Şopenin ürəyinin dəfn olunduğu kilsədəki sütunun qarşısında aşağıdakı cümlə yazılıb:
“Xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq”.


Vətəninə, doğulub boya-başa çatdığı torpağa məhəbbətini bu cür ifadə edən Şopenin maraqlı vəsiyyəti bu gün də polyak xalqının yaddaşındadır. 

Mənbə: Polonyadayiz

Tərcümə etdi: Aysel Qasımova

Paylaş
Şərh əlavə et