Bu gün:

Qoxuların yaratdığı fərqli emosiyalar


Qoxuların həyatımızda özünəməxsus yeri var. Bəziləri xatirələrimizi canlandırır, bir qismi əhvalımızı yüksəldir və ya əksinə, digər bir qismi isə hətta sağlamlığımıza təsir göstərir. Gəlin bəzi spesifik qoxuların insan üzərində yaratdığı təsirə nəzər salaq;


Yasəmən:

Əgər yüksək narahatlıq və ya depressiya dövründəsinizsə, yasəmən xoşbəxtlik dozanızı artırmağa və optimist aura yaratmağa kömək edəcək. 

Nanə və evkalipt:

Təravətli ətri ilə beyinə qıcıq ötürən byqoxular diqqətinizi cəmləməyə, zehni fəaliyyəti artrımağa və rahat nəfəs almanıza kömək edəcək. 

Lavanda və Çobanyastığı

Stressi aradan qaldıran, əzələləri rahatlaşdıran və zehni təmizləyən lavanda və çobanyastığı qoxuları gərgin iş günündən sonra yatmazdan əvvəl meditasiya edənlər üçün idealdır. 

Qreypfrut və berqamot

Enerji verən, zehni açan və oyandıran berqamot və qreypfrut essensiyaları günə pozitiv başlamaq istəyənlər üçün möhtəşəm seçimdir. 


Mənbə:npistanbul

Tərcümə etdi:Nailə Hadizadə

Paylaş
Şərh əlavə et