Bu gün:

Uşaqların yuxu rejimi necə tənzimlənməlidir?


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi psixoloq Zeynəb Əyyubovadır. O, uşaqlarda yuxu problemindən danışıb.

- Sizcə, uşaqların yuxu rejimi necə tənzimlənməlidir?


Ümumiyyətlə, uşaqda istənilən bir sahədə intizam yaratmaq üçün ən az 1 ay, 40 gün müddətində bu işi stabilləşdirmək lazımdır. Bunun üçün ilk növbədə, uşağı hər gün eyni saatda yatızdırmaq və yuxudan oyatmaqla rejimə salmaq lazımdır. İstər evə qonaq gəlsin, istərsə də evdə kimsə olub-olmasın sistemi pozmamaq lazımdır. Bəzən valideynlər 10 gün bunu edir, daha sonra bir günlük qonaq gəlməsi nəticəsində bu sistemi pozur. Ona görə də, bütün sahələrdə rejimi yaratmaq üçün sistemə düşmək lazımdır. Sistemi bilən insanlar özləri, bilməyənlər isə həkimlərdən, pediatrlardan, psixoloqlardan məlumat ala bilərlər.

Uşaqlarda yuxu problemlərinin olmasının bir neçə səbəbi ola bilər:

1. nevroloji problem

2. psixoloji problem

3. intizamsızlığa görə yaranan problem

Valideyn, ilk növbədə, araşdırmalıdır ki, "Mənim uşağımda niyə yuxu problemi var?" Əgər bu yuxu probleminin səbəbi müəyyən edilsə, bunu pediatrla və ya nevroloqla həll etmək olar. Lakin sadaladığım problemlərdən heç biri müəyyən edilməsə, növbəti mərhələyə keçib, yəni psixoloji, yalnız intizamla bunu düzəltmək olar.

Aminə Paşazadə

Paylaş
Şərh əlavə et