Bu gün:

Yatmazdan əvvəl duş almağın faydaları


Yaxşı və sağlam yuxunun dərmanı olaraq qəbul edilən gecə duşunun psixi sağlamlığa bir çox təsirləri var. Yatmazdan əvvəl qəbul edilən duşun faydalarına birgə nəzər yetirək: 

Daha yaxşı yuxu

İsti su əslində bədənin əsas temperaturunu dəyişməyə kömək edir, daha aşağı, dəqiq bir temperaturda yata bilmək üçün. Aparılan araşdırmalara görə, deyilir ki, yatmazdan təxminən 90 dəqiqə əvvəl isti duş qəbul etmək insanların daha tez yuxuya getməsinə kömək edə bilər. Duş sayəsində yuxu rejimini pozan səhvləri kompensasiya etmək olar.

Əylənmək üçün istənilən günlərdə köpüklü vanna hazırlamaq olar. Bu şəkildə duş qəbul etmək bədən ətrafında izolyasiya təbəqəsi yaradır, onu daha uzun müddət isti saxlayır və vannada uzanmaq bədən də rahatlaşır. Bu gündəlik vərdişə gözəl qoxular əlavə etməklə özünü rahatlatmaq olar.

Təmiz yataq və pijama

Yatmadan əvvəl duş qəbul etməklə, hər gecə təzə yuyulmuş yataq örtüklərində yatmış kimi hiss etmək olar. Gün ərzində məruz qalınan bütün tərdən və kirdən qurtulub yatmağa girdikdə, hətta pijamaları geyinən zaman ətirli qoxularla yatmaq hissi insanların yaxşı yuxuya getməsinə və rahatlamasına səbəb olar.

Daha yaxşı dəri

Gecə yatmazdan əvvəl dəri təmizlənməli və nəmləndirilməlidir. Duş zamanı qulluq vərdişlərini tətbiq etmək işi çox asanlaşdıracaq. Beləliklə, məsamələr və ölü hüceyrələr də təmizlənmiş olar. Duşdan sonra dəri və bədən mütləq nəmləndirilməlidir. Gecə boyu nəmlənmiş dəri özünü asanlıqla bərpa edir və yeniləyir.

Yaxşı bir sabaha oyanmaq

Bütün bunların ruha verdiyi yaxşı təsirlər və sağlam bir yuxu ilə insanlar səhər yuxudan dincəlmiş, xoşbəxt oyanacaqlar.

Mənbə: Saç Bakım Güzellik

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et