Bu gün:

Birini necə görməməzlikdən gəlmək olar?


Kimisə görməməzlikdən gəlmək çətin ola bilər, xüsusən də insan qaçmağa çalışdığı insanla qarşılaşarsa və ya o sizinlə danışmağa davam edərsə və vəziyyəti başa düşmürsə. Kimisə görməməzlikdən gəlməyi öyrənmək istəyənlər, aşağıdakı maddələrə riayət etməlidir:

1. Bədən dilindən istifadə

- Göz təması qurmamaq

Göz təması qurulmamalıdır. Göz təmasından qaçmaq kiməsə məhəl qoymamağın ən yaxşı yoludur. İnsan gözünü ona dikdiyi zaman o insanın varlığını bildiyini göstərər. Əgər bu şəxs yaxındırsa, nəyin bahasına olursa olsun gözləri ondan yayındırmaq lazımdır, düz irəli baxmaq və ya hətta yerə baxmaq olar.

- Sürətlə yerimək 

Kimisə görməməzlikdən gəlməyin başqa bir yolu insanın bacardığı qədər sürətli yeriməsidir. Bu, insanın məşğul olduğunu və görməməzlikdən gəldiyi insanı gözləmək fikrində olmadığını göstərəcəkdir. Əgər o adamın uzaqdan yaxınlaşdığı görünərsə, üz-üzə gəlməmək üçün arada kifayət qədər boşluq buraxmaq lazımdır.

2. Texnologiyadan istifadə

- Telefondan istifadə etmək

Telefondan istifadə edilməlidir. Telefondan istifadə də kimisə görməməzlikdən gəlməyin ən yaxşı yollarından biridir. 

- Musiqi dinləmək

Bir cüt qulaqlıq almaq və musiqiyə qulaq asılmasa belə, tək olunan zaman onları həmişə taxmaq lazımdır. Həmin insanı gördükdə musiqinin səsini eşidici səviyyədə qaldırmaq olar. 

- İnternetdə kimisə görməməzlikdən gəlmək 

İnternetdə kimisə görməməzlikdən gəlmək, şəxsən ona məhəl qoymamaqdan daha asandır, çünki fiziki olaraq onlardan qaçmaq lazım deyil. Kimisə onlayn görməmək üçün həmin şəxsin e-poçtlarından, Facebook yazılarından və ya mesajlarından, Twitter yazılarından və ya onlayn əlaqə saxlamaq cəhdlərindən qaçmaq olar. Bu şəxsi bütün sosial şəbəkələrdən bloklamaq da olar.

3. Gündəlik vərdişlərin dəyişdirilməsi

- Yeni piyada yolu tapmaq

Gündəlik vərdişləri dəyişdirərək kiməsə məhəl qoymamaq istənilərsə, ediləcək ən asan şey gəzinti yolunu dəyişdirməkdir ki, daha o insanla qarşılaşılmasın. Əgər o şəxs də gəzinti rejimini dəyişərsə, o imtina edənə qədər rejimi dəyişməyə davam edilməlidir.

- Bu şəxsin ən çox əylənməyi sevdiyi yerlərdən qaçmaq

Əgər insan o adamın sevimli restoranlarını və parklarını bilirsə, daha ora getməməlidir. Orada olan müddətdə həmin insanı daima görməməzlikdən gəlmək olmayacaqdır.

- Bu şəxsin heç vaxt getməyəcəyi yerlərə getmək.

O insanın heç vaxt getməyəcəyi yerlərə getmək, onunla qarşılaşma riskini azaldacaqdır. Bundan əlavə insan enerjisini onu incidən insana yönəltməkdənsə, özünə yönəltməlidir. Yeni hobbilər, yeni dostlar, yeni insanlar və yeni fəaliyyətlər tapmalıdır. Ancaq həqiqətən danışmaq istəyən birinə məhəl qoymamaq qarşıdakı insanı emosional olaraq incidə bilər. Birini görməməzlikdən gəlməzdən əvvəl, onun həqiqətən buna layiq olduğundan əmin olmaq lazımdır.

Mənbə: wikihow.com.tr

Tərcümə etdi: Aminə Paşazadə


Paylaş
Şərh əlavə et