Bu gün:

Qırmızı kürəkli siçan



Qırmızı-qəhvəyi xəzi ilə seçilən qırmızı kürəkli siçanla (Myodes glareolus) tanış olun.

Qırmızı kürəkli siçanlar gəmiricilər sırasına daxildir. Çöl siçanlarından fərqli olaraq onların qulaqları kənardan aydın görünür.

Qırmızı arxalı siçanları necə müəyyən edə bilərik?

Onların ən fərqləndirici xüsusiyyəti kürəyindəki qırmızı-qəhvəyi tükləridir.

Gözləri kiçikdir. Qulaqları yuvarlaq və kiçik olsa da, kənardan görünür.

Onların quyruğunun uzunluğu bədən uzunluğunun yarısıdır.


Qırmızı kürəkli siçanların yaşayış yerləri hansılardır?

Onlar bataqlıqların, kolluqların və meşələrin sıx bitkilənmiş hissələrində yaşayırlar. Onlar iynəyarpaqlılar kimi tikanlı ağacları olan meşələrdə görülür.

Onlar yeraltı yuvalarda yaşayırlar. Yuvalarını mamır, quş tükləri və bitki lifləri kimi materiallardan düzəldirlər. Yığdıqları qidaları yuvalarında saxlayırlar.


Qırmızı kürəkli siçanlar harada yaşayır?

Dünya üzərində Qərbi Avropada və Şimali Asiyada yayılmışdır.


Qırmızı kürəkli siçanlar necə qidalanırlar?

Bəzi bitkilərin və bəzi ağacların, məsələn, meyvə, fındıq kimi qoz-fındıqların yarpaqları və toxumları ilə qidalanırlar. Onların qidasına həşəratlar da daxil ola bilər.


Qırmızı arxalı siçanların ekoloji əhəmiyyəti nədir?

Qırmızı kürəkli siçanlar kiçik quşlar, məməli yırtıcılar və ilanlar kimi canlılar üçün qida mənbəyidir. Otyeyən olmaq həm də ekosistemdə qida maddələrinin təkrar emalına kömək edir.


Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et