Bu gün:

Zəlzələlər insanlara psixoloji olaraq necə təsir edir?


24Media.az-ın budəfəki müsahibi psixoloq Vəfa Rəşidovadır. O, zəlzələlərin insanlara psixoloji olaraq necə təsir etdiyi haqqında danışıb.

 

-Sizcə, tez-tez baş verən zəlzələlər insanlara psixoloji olaraq necə təsir edir?

 


Ümumiyyətlə, Azərbaycan ərazisi zəlzələyə meyilli bir ərazi deyil. Və biz hər birimiz, ilk növbədə, öz coğrafiyamızı tanımalıyıq, bilməliyik ki, Azərbaycanın bəzi yerləri istisna olmaqla, ümumilikdə, baxsaq, zəlzələyə meyilli coğrafiyada yaşamırıq. Türkiyədə həmişə 5-10 il aralığında dəhşətli zəlzələlər baş verir. Amma bu o demək deyil ki, biz Türkiyə ilə Azərbaycanı müqayisə etməliyik. Bir çox insanlar Türkiyədə baş verən zəlzələlərdən sonra qorxmağa, həyacan, təşviş, depressiya keçirməyə başladılar. O demək deyil ki, Azərbaycanda heç vaxt zəlzələ ola bilməz, amma qeyd etdiyim kimi Azərbaycan ərazisi zəlzələyə meyilli deyil. Yəni bunu fərqləndirdiyimiz gün bizim əhali də artıq rahat yaşayacaq. Nə qədər ki, biz öz coğrafiyamızı yaxşı tanımayacayıq, harada nə baş versə, bizdə də baş verə bilər,  bizdə də ola bilər və.s bu kimi düşüncələr olacaq insanların qorxusu daha da çoxalacaq.


Ümumiyyətlə, zəlzələ insanlarda qorxu, təşviş yaradan bir haldır. Biz Türkiyədə baş verən zəlzələləri canlı, detallı şəkildə televiziyadan izlədik. Mən çox adamlara dedim ki, bunu bu şəkildə dərindən izləməyin, bu sizdə təsirlər, qorxular yaradacaq. Bəli, Türkiyə "qardaş ölkədir", ikinci vətənimiz sayılır, lakin o hadisələri detallı şəkildə izlədikdə şüur altında kopyalanır, qalır. Bu da psixoloji problemlər, insanlarda nevrotik hallar yaradır.


 Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et