Bu gün:

Telemarketinq nədir?


Telemarketinqin nə olduğu haqqında danışanda görürük ki, dünyada bir çox şirkətlər tərəfindən istifadə edilir və ölkəmizdə gündən-günə əhəmiyyət kəsb edir. Telemarketinq sadəcə telefonla satış kimi qəbul edilməməlidir. Müştərilərlə telefonla etdiyimiz hər şey telemarketinqi ifadə edir. Müştərinin problemlərini həll etmək, məhsul və ya xidmət haqqında məlumatlandırmaq, görüş təyin etmək, satış etmək buna aiddir. Qısacası, bir çox məsələlərdə ilk növbədə müştərilərlə telefon vasitəsilə əlaqə saxlamağımız da telemarketinqdir. 


Son zamanlar çağrı mərkəzlərinin sayının artması, və telemarketinqlə  bağlı təlimlərə tələbatın artması burada bir canlılığın olduğunun və şirkətlərin mövzuya əhəmiyyət verdiyinin güclü göstəriciləridir.

Əgər şirkətinizin həftəlik görüşündə həmkarlarınızdan o həftə üçün satış gözləntilərini soruşduğunuzda cavab ala bilmirsinizsə və ya aldığınız cavablar uyğun gəlmirsə, onlara aşağıdakı şəkildə kömək edə bilərsiniz: 

Həmin həftə etdikləri zənglərin sayını, bu zənglər nəticəsində yaranan müsbət söhbətlərin sayını və bu söhbətlərin neçəsinin satışa çevrilib-çevrilməyəcəyini soruşmalısınız. Beləliklə, hər kəs yaxşı və ya pis bir satış rəqəmi verə bilər, sistem avtomatik işləyəcək və gələcəyinizi daha rahat görə biləcəksiniz. Həmin həftə üçün təxmini satış rəqəmini vermək üçün işçilər əllərində olan sorğulara (müştəri məlumat forması) daha diqqətlə baxacaq, onları axtararkən əvvəlkindən daha diqqətli olacaq, zəng zamanı diqqətlə danışaraq müştərinin ehtiyaclarını anlayacaqlar. Və bu ehtiyacı ödəyəcək məhsul və ya xidmət varsa, onu müştəriyə təklif edib satışını həyata keçirin. Onlar bu barədə daha aqressiv olacaqlar. Hər kəs bu mövzuda çox daha çox səy göstərəcək, çünki hər kəs həftəlik görüşlərdə satış rəqəmlərini bildirərkən və ya əvvəlki həftə söylədiyi satış rəqəminə çatarkən heç kim həmkarlarından geri qalmaq istəməz.

Telemarketinq əksər insanlar tərəfindən darıxdırıcı hesab edilir və telefonla kiməsə zəng edəndə insanlar əsəbləşirlər. Ofisə gələn müştərilərə və ya telefonla satışlar edilməyə başladığı üçün telefonun gücü bir daha aydın olur.

Mənbə: pazarlamaturkiye.com 

Tərcümə etdi: Rəhimə Cəmilova


Paylaş
Şərh əlavə et