Bu gün:

Determinizm nədir?


Determinizm termini təxminən 1846-cı ildə İrlandiya filosofu Uilyam Hamilton tərəfindən müəyyən bir səbəb zəncirindən təsirlənən hərəkətləri təsvir etmək üçün istifadə edilməyə başlanıb. Determinizmin tərifi fiziki olaraq baş verən hadisələrin insanın nəzarətindən kənarda olmasına əsaslanan bir anlayış və ya doktrinadır.  Deterministlər hesab edirlər ki, müəyyən sayda əvvəlcədən müəyyən edilmiş şərtlər bütün hərəkətləri və hadisələri formalaşdırır və bununla da fərdin başına gələnlərə səbəb olur.  Bütün hərəkətlərin bir səbəbi var və buna görə də proqnozlaşdırıla bilər. Determinizm fəlsəfə, psixologiya və hətta davranış terapiyası da daxil olmaqla bir çox fərqli sahədə istifadə olunur.

Determinizm hər bir hadisənin, qərarın və hərəkətin əvvəllər baş vermiş qırılmamış hadisələr zənciri ilə səbəbli olaraq təyin olunduğu fəlsəfi müddəadır.  Bu o demək deyil ki, insanların gələcək hadisələrə heç bir təsiri yoxdur (daha doğrusu Fatalizm kimi tanınır), lakin insanların öz gələcəyinə təsir dərəcəsi keçmişdən və indidən asılıdır.  Məntiqi ifrata götürülən determinizm orijinal böyük partlayışın səbəb-nəticə sistemi vasitəsilə hər bir hərəkəti və bəlkə də zehni düşüncəni tətiklədiyini iddia edir.

Tərcümə: Günay Ələsgərova
Mənbə: fundomundu.com

Paylaş
Şərh əlavə et