Bu gün:

Merkuri necə planetdir?


Günəş sistemində Günəşə ən yaxın planet olan Merkuri bu sistemin ən kiçik planetidir və vizual olaraq Yerin peyki olan Aya bənzəyir. İncə atmosferə malik olan Merkuridə gecə ilə gündüz arasındakı temperatur fərqi kifayət qədər yüksəkdir. 3,5 milyard il əvvəl meydana gəldiyi düşünülən planetin peyki yoxdur.

Günəşə ən yaxın planet olaraq bilinən  Merkurinin ən isti planet olduğu təxmin edilir.  Bununla belə, Veneranın atmosferi daha qalın olduğu üçün planetin istiliyinin böyük bir hissəsi istixana qazları tərəfindən tutulur.  Bu bizə ən isti planetin Merkuri olmadığını bildirir;  Bu onun Venera olduğunu göstərir.  Bundan əlavə, Merkurinin nazik atmosferi istiliyi tutmaq üçün kifayət deyil. Gündüzlər temperatur 430°C-yə yüksəldiyi halda, gecələr -190°C-yə enə bilər.

Merkurinin ölçüsü Yer planetimizin 1/3 hissəsidir.  Həmçinin, ekvator radiusu demək olar ki, qütb radiusuna bərabərdir;  Planetin radiusunun 2440 km olduğunu deyə bilərik.  Beləliklə, kurtoz dəyəri 0 olaraq göstərilir.
İnsanlara qədim zamanlardan məlum olan Merkurinin kəşfi tam olaraq məlum deyil.  Ancaq bu gün əldə edilən məlumatlara görə bilirik ki, şumerlər Merkuridən ilk dəfə eramızdan əvvəl 3000-ci ildə bəhs ediblər.  Qədim Yunanıstanda iki ulduz kimi tanınan Merkuriyə gündüz ulduzu Hermes və gecə ulduzu Apollon deyilirdi.  Bu gün tələffüz etdiyimiz Merkuri adı Roma mifologiyasındakı elçi tanrı Merkuridən gəlir. Bu planet haqqında məlumatımız Günəşə yaxın olduğu üçün son dərəcə məhduddur. Bununla belə, planetdə araşdırmalar hələ də davam edir.

Merkuri yer planeti hesab olunur.  O, metal nüvəsi olan qayalı mantiyada əsasən silikat, dəmir və nikel süxurlarından ibarət komponentlərdən ibarətdir. Bu formalaşma Merkurinin boz rəngdə olmasına səbəb olur.

Tərcümə: Günay Ələsgərova


Mənbə: fundomundo.com

Paylaş
Şərh əlavə et