Bu gün:

Limon suyu


Qidalanmada, ilk növbədə, suyun həyati əhəmiyyəti var. Ən həyati fəaliyyətləri üçün hər kəsin gündə orta hesabla 2,5 - 3 litr su içməyi vacibdir. 


Su içməyi asanlaşdırmaq üçün məşhur tərəvəz və meyvələrdən istifadə edilə bilər. 


Soyuducu təsiri olan, əlavə antioksidant və C vitamini mənbəyi olan limon suyunu birbaşa içməli suya əlavə etməklə əldə edilir. Limonlu su istifadəsi şəkərli və qazlı içkilərin istifadəsini azaltmağa kömək edir.


Limonlu su içməyin faydaları bununla bitmir. Limon suyu istifadəsi tərkibindəki C vitamini sayəsində bədəndə kollagen sintezinə kömək edir. Dəmirin udulmasını artırmağa kömək edərək anemiyanın qarşısının alınmasında rol oynayır. İmmuniteti dəstəkləyir. Soyuqdəymə, qrip kimi xəstəliklərdə istifadəsi faydalıdır. 


Limonun tərkibindəki sitrat böyrək daşının əmələ gəlməsinin qarşısını alır. Limon revmatik xəstəliklərin müalicəsində də təsirlidir. Dəri sağlamlığına faydalı olduğu üçün saç baxımı üçün də tez-tez seçilir. Tərkibindəki bioflavonoidlər sağlamlıq üçün vacibdir.


Mənbə: medicalpark.com

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et