Bu gün:

Hansı qan qrupunu tapmaq daha çətindir?


Qan bədənimizin həyati mənbəyidir. Hər kəsin sağlam olması üçün bədənində müəyyən miqdarda qan dövranı olmalıdır. Qanın kifayət qədər və sağlam olmadığı hallarda orqanizmə qan əlavə etmək lazım gələ bilər. Hər kəsin qan qrupu fərqli olduğu üçün əlavənin qan qrupuna uyğun hazırlanması vacibdir. Dünyada dörd əsas qan qrupu var: Onlara 0, A, B, AB deyilir. Yer üzündə yaşayan insanların qanı müsbət və mənfi olaraq qruplaşdırılır.

Hər kəs müəyyən bir qan qrupu ilə doğulur. Bu qan qrupu doğumdan ölümə qədər dəyişmir. Məlumdur ki, dünyada dörd qan qrupu var. Bu qruplar 0, A, B, AB kimi qeyd olunur. Həmçinin sözügedən qrupları müsbət və mənfi alt qruplara bölmək lazımdır. Məsələn, 0 qrupu olan insanların bəziləri 0 mənfi, bəziləri isə 0 müsbətdir.

Bu vəziyyət digər qan qrupları üçün də eynidir. Araşdırmalar göstərir ki, mənfi qan qrupları ümumiyyətlə dünyada daha nadirdir. Bu qrupdakı insanların daha diqqətli olması tövsiyə olunur. Xüsusilə AB Negatif ən nadir qan kimi ifadə edilir. 


Tapılması ən çətin qan qrupu

Ən çətin qan qruplarının, ümumiyyətlə, mənfi olduğu ifadə edilir. Xüsusilə, "AB mənfi" tapmaq ən çətin qan qrupudur.


Qan qrupları nə qədər tez-tez tapılır?

Bu vəziyyət ölkədən asılı olaraq dəyişə bilər. Türkiyədə ən çox rast gəlinən qan qrupu A müsbət, AB mənfi isə ən az rast gəlinən qan qrupudur. Ən çox rast gəlinəndən ən nadirə doğru sadalamaq olarsa: A müsbət, O müsbət, B müsbət, A mənfi, AB müsbət, 0 mənfi, B mənfi və nəhayət, AB mənfi.


Dünyanın ən nadir qan qrupu

Dünyada ən nadir qan qrupu Türkiyədəki vəziyyətə bənzər AB Neqativ qan qrupudur. Qan qruplarının dünyada ən çox yayılmışdan ən azına doğru düzgün sırası belədir: 0 müsbət, A müsbət, B müsbət, 0 mənfi, A mənfi, AB müsbət, B mənfi və AB mənfi.

Göründüyü kimi, AB mənfi dünyada ən nadir qan qrupudur. Bu qrupdakı insanların fövqəladə hallar zamanı yaxınları ilə bir-birinə dəstək olmaları çox vacibdir. Bəzən kənar elanlar sayəsində insanlar bir-birini tanımadıqları halda qan verir, bir-birlərinə dəstək olurlar. Ancaq hər zaman nəzərə almaq lazımdır ki, qan tapmaqda çətinlik çəkdiyi üçün hətta insanların həyatı da təhlükə altındadır. Bu səbəbdən nadir qrupların mütəmadi olaraq qan verməkdə daha şüurlu olması lazımdır.


Mənbə: Haber Türk 

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et