Dünyanın ən prestijli jurnalı olan "Time" Çinli Li Çinq-Yuenin 256 yaşında öldüyünü iddia edir. Jurnal Yuenin 256 yaşına qədər yaşamasının sirrinin "İt - göyərçin - tısbağa" üçlüsündə olduğunu yazmışdır.

Çinli bir bitki alimi, döyüş idmançısı və taktika verən olan Li Çinq-Yuen, 1736-da doğulduğunu söyləsə də, qeydlərdə 1677 olaraq görünür. Bu doğum tarixlərinə görə 1933-cü ildə öldüyündə ya 197 ya da 256 yaşında olması lazımdır ki iki halda da dünyanın ən çox yaşayan insanıdır. Li Çinq-Yuen 1677-də Çyi Jianq Hsi, Stsexuan kəndində doğulduğu hesab olunur. Həyatının çoxunu dağların ətəklərində bitkilər yığaraq və uzun həyatın sirlərini araşdıraraq keçirib. 1748-ci ildə 71 yaşındaykən Çin ordusuna döyüş müəllimi və taktika məsləhətçisi olaraq qatılmaq üçün Kai Hsienə daşınıb. 1927-də özü komandir Yanq Sen tərəfindən dəvət edilib. Komandir yaşına baxmayaraq, onun gəncliyindən, gücündən və igidliyindən olduqca təsirlənmişdi. O evə döndükdən bir il sonra ölmüşdür. Bəziləri onun təbii səbəblər üzündən öldüyünü söyləsə də bəzi yoldaşları ölməzdən əvvəl "..bu dünyada etməm lazım olan hər şeyi etdim. Artıq evə gedirəm" -dediyini iddia edir.
Uzun həyatın sirri soruşulduğunda Usta Linin cavabı hər zaman bunlar idi:
-Təmiz bir ürəyin olsun
-Bir tısbağa kimi otur
-Bir göyərçin qədər həyat dolu hərəkət et
-Bir it kimi yat
Mənbə: Trt.net Tərcümə etdi: Fatimə Şükürova
