Bu gün:

Motivasiyalı oyanmaq üçün nə etmək lazımdır?


Səhər motivasiyalı oyanmaq hissi bir çox insanlara çətin görünə bilər. Səhər necə oyandığımız günün qalan hissəsinin necə keçəcəyini müəyyənləşdirir. 

Enerjisiz oyandıqda bu, növbəti 16 saata da təsir edir. Yuxumuza, iş rejimimizə kiçik düzəlişlər etmək böyük fərqlər yarada bilər. Hər günə minnətdarlıqla başlamaq, növbəti günə hazırlaşmaq, idman etmək və məqsədlərinə fokuslanmaq bizə motivasiya verir, zehnimizi və bədənimizi aktivləşdirir.

Rəqəmsal cihazlardan istifadəni məhdudlaşdırmaq, zehin məşqləri etmək və sabahı planlaşdırmaq kimi fəaliyyətlər yatmazdan əvvəl zehnimizi dağıtmağa kömək edir. Bu zaman rahat yuxu asanlaşır, oyandıqdan sonra motivasiya səviyyəsi artır.

Mənbə: Newtraderu

Tərcümə etdi: Gülay Orucova 

Paylaş
Şərh əlavə et