Bu gün:

Qeyri-adi bişirmə üsulu


Yeməklərdə tez-tez istifadə edilən qırmızı bibər həm də acı dadları xoşlayanların sevimlisidir. Bu acı bibərlərin dadına ləzzət qatmaq üçün onları müxtəlif inqrediyentlərlə birləşdirməyə cəhd edə bilərsiniz. Çili bibərini ətirli edən iki gizli inqrediyent var. Bu yazıda biz sizə bibəri ətirli edən və acılığını ortaya çıxaran iki gizli inqrediyentdən söhbət açdıq.

Acı bibəri dadlı edən inqrediyentlər:

Şokolad 


Bir neçə parça tünd şokolad çilinizə daha sıx, "məxmər" kimi dad verəcək. Etməli olduğunuz şey, bibərin bişirilməsinin son mərhələlərində şokoladı əlavə etmək, əriməsini gözləmək və bu arada qarışdırmaqdır. 

Darçın 


Bir neçə çimdik üyüdülmüş darçın və ya darçın çubuqları ilə bibərinizə xüsusi bir dad verə bilərsiniz. Bütün inqrediyentləri qarışdırdıqdan sonra darçın çubuğunu bibərlə bişirin və ya sonunda bibərə bir az darçın tozu əlavə edin.

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə

Paylaş
Şərh əlavə et