Bu gün:

Viza nədir və necə alınır?


Viza beynəlxalq səyahətlər üçün pasportla birlikdə tələb olunan sənədlərdən biridir. Bu icazə səyahət edəcəyiniz ölkəyə səyahət məqsədiniz və səyahət müddətiniz kimi məlumatları əldə etməyə və müvafiq olaraq sizə keçid icazəsi verməyə imkan verir. Bir çox ölkələr xarici ölkələrdən gələn qonaqlar üçün viza tələb edir. Bəzi ölkələr ikitərəfli müqavilələr bağlayaraq qarşılıqlı vizadan azad edə bilərlər. Bu halda hər iki ölkənin vətəndaşları vizasız qarşılıqlı səfər edə bilərlər. Bundan başqa, yaşıl pasportlu Türkiyə vətəndaşları dünyanın bir çox ölkələrinə vizasız səyahət etmək hüququna malikdir.


Viza müraciəti üçün görüş təyin edildikdən sonra müvafiq orqan tərəfindən tələb olunan sənədlər toplanaraq poçt, onlayn kanallar və ya vasitəçi qurumlar vasitəsilə səfirliyə çatdırılır. Sənədləri nəzərdən keçirdikdən sonra səfirlik viza statusunuz barədə qərar qəbul edə və ya əlavə sənədlər təqdim etməyinizi xahiş edə bilər. Bəzi hallarda üz-üzə görüşmək üçün ikinci görüş təyin oluna bilər.


Viza müraciətləri, ümumiyyətlə, 3-15 gün ərzində tamamlanır. Zaman zaman baş verən həddindən artıq məşğulluq bu dövrə təsir edə bilər. Bu səbəbdən səyahətinizdən ən azı 1 ay əvvəl viza üçün müraciət etməyinizi tövsiyə edirik.


Müraciətinizdən sonra sizə veriləcək vizanın müddəti ilə bağlı konkret müddət yoxdur. Müvafiq səfirlik hətta yalnız səfərinizin müddətini əhatə edən viza verə bilər (məsələn, tətiliniz 3 gündürsə, 3 günlük viza verilməsi). Ümumi praktikada müddət adətən 1 ay ilə 5 il arasında dəyişir.


Viza müddəti bir çox meyarlara görə dəyişir. Məsələn, müraciət etdiyiniz ölkəyə əvvəllər səfər etmiş olmanız müsbət məqamdır və sizə daha uzunmüddətli viza almağa kömək edə bilər. Tez-tez səyahət etmək və daha əvvəl bir çox fərqli ölkələrdən viza almış olma kimi hallar da sizə daha uzun müddətə viza almağa kömək edə bilər.


Mənbə: Turkishairlinesholiday

Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et