Bu gün:

Tərkibində limondan 10 dəfə çox C vitamini var!


C vitamini xəstəliklərə davamlı olmağımız üçün çox vacibdir. Tərkibində ən çox C vitamini olan qidaların limon və portağal kimi meyvələr olduğu düşünülsə də, bu meyvələrdən başqa tez-tez istifadə etmədiyimiz bir qidanın da C vitamininin yüksək olduğu öyrənilib. Çayı da içilən bu meyvənin faydaları saymaqla bitmir.

Vitamin C ən güclü antioksidantlardan biridir və orqanizmi müəyyən növ xərçəng və ürək xəstəliklərindən qoruyur. Yaraları daha tez sağaldır, bədəni daha davamlı və güclü edir. Buna görə də C vitamini yüksək olan qidalardan istifadə etmək vacibdir. İtburnu da ən çox C vitamini olan meyvələr arasındadır. İtburnu xolesteroldan xərçəngə qədər bir çox xəstəliyə şəfa verir.

İtburnunun faydaları;

Nəfəs xəstəliklərinə effektiv nəticələr əldə edilir

İtburnu çoxlu C vitamini ehtiva etdiyi üçün bu vitamin qrip, soyuqdəymə, sonsuz öskürək, burun tutulması, hətta astma, bronxit, nəfəs darlığı və ya qış xəstəlikləri kimi bir çox tənəffüs yolu xəstəliklərində çox təsirlidir.

Yüksək xolestoru azaldır

İtburnu tərkibindəki faydalı maddələr sayəsində pis xolesterola qarşı da dayana bilir. Xolesterol səviyyəsinin tarazlaşdırılmasında mühüm rol oynayan itburnudan belə bir məqsədlə istifadə edəcəksinizsə, əvvəlcədən həkiminizlə məsləhətləşmənizdə fayda var.

Ödəmi azaldır

İtburnu güclü antioksidant xüsusiyyətlərə malik qida olduğundan ödem və şişmə əleyhinə təsir yaratmağa da müvəffəq olur. Belə problemi olanlara gündə 1 stəkan itburnu çayı məsləhət görülür.

Xərçəngə qarşı qoruyur


İtburnunun bu antioksidan xüsusiyyətləri təkcə qrip və soyuqdəymə kimi izahı asan olduğunu bildiyimiz xəstəliklərdə deyil, xərçəng kimi çox daha ciddi xəstəliklərdə də təsirli ola bilər. O, təkcə xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını almaqla yanaşı, mümkün qədər mövcud zərərli hüceyrələrin yayılmasının və çoxalmasının qarşısını alır.

Qan şəkərini tarazlayır və Diabet xəstələrinə kömək edir

Xolesteroldakı kimi itburnu da  şəkər xəstəliyində mühüm rol oynayır və qan şəkərini balanslaşdırmağa kömək edir. Bu şəkildə, xüsusilə qan şəkəri problemi olan şəkərli diabet xəstələrinin köməyinə qaçır. Təbii ki, müntəzəm olaraq istifadə etməyə başlamazdan əvvəl həmişə dediyimiz kimi, həkiminizlə məsləhətləşməkdə fayda var.

Böyrəkləri daha sağlam edir.

Tərkibindəki faydalı turşular sayəsində itburnu böyrəklərin sağlam işləməsinə kömək edir. Bu xüsusiyyətinə görə xüsusilə böyrək xəstəliyi olanlara məsləhət görülür.

Dəri problemlərini həll edir

İtburnu yuxarıda tez-tez bəhs etdiyimiz antioksidan xüsusiyyətləri sayəsində əslində başdan ayağa bütün hüceyrələrimizin təmizlənməsində mühüm rol oynayır. Beləliklə, dəridəki sızanaqlar və çapıqlar üçün də yaxşıdır. Bu, bizi daha parlaq bir dəriyə sahib edir. Bunun üçün mütəmadi olaraq itburnu çayı içə bilərsiniz və daha sürətli təsirini görmək üçün itburnu yağından da istifadə edə bilərsiniz.

Mənbə: Mynet.com

Tərcümə: Amin Həsənli

Paylaş
Şərh əlavə et