Bu gün:

Evdə qızardılmış yağ qoxusundan qurtulmağın yolları


Qızartma- ət, tərəvəz və desertlər hazırlamaq üçün istifadə edilən bişirmə üsuludur. Qızartma tavanın yağlanması və yeməklərin bu yağda bişirilməsi ilə həyata keçirilir. Ancaq balıq kimi bəzi qidaları qızardarkən pis qoxu yaranır və bütün evə yayılır. Qızartma qoxusu paltarlara və pərdələrə də sirayət edir. "1 axşam balıq yedik, 3 gün iyi hiss etdik" deyənlər üçün daha əvvəl "Balıq qoxusundan necə qurtulmaq olar?" sualına cavab verdik. Maraqlananlar üçün sizə ən praktik üsulları təklif edirik. Qızartma qoxusunu aradan qaldırmağın asan yolları:

Vanil tozu 


Qızartdıqdan sonra qoxu yarandısa, boş tava götürün və içinə 1 paket vanil tozu tökün. Bu vanili aşağı istilikdə qovurun. Siz qovurduqca vanilin bənzərsiz qoxusu mətbəxinizə yayılacaq və qızartma qoxusundan əsər-əlamət qalmayacaq.

Sirkə və limon 


Mətbəxlərdə tez-tez istifadə edilən sirkə və limon qızartma qoxusunu yox etməyə çox müvəffəqiyyətlidir. Qazana bir stəkan su, yarım limon suyu və yarım çay stəkanı sirkə qoyub qaynadın. Bu üsulu həm qızartma zamanı, həm də qızartdıqdan dərhal sonra tətbiq edə bilərsiniz.

Cəfəri

Cəfəri qoxusu olan qidalardan biridir. Qızardacağınız tavaya bir neçə cəfəri qoyun. Cəfəri qızardılmış kartoflara yapışmaması üçün saplaqları ilə birlikdə əlavə edin.

Yaşıl alma 


Yaşıl alma dilimləri də qızartma qoxusunu yox edən qidalardandır. 1 yaşıl almanı dilimlərə kəsin. Qızardılmış yağın içinə 2 dilim alma qoyun və qovurmağa davam edin. Ancaq almanı yanmağa qoymayın. Əks halda, yanan bir qoxu yayılacaq.

Darçın


Mətbəxdəki qoxuları aradan qaldırmağın ən təbii üsullarından biri darçından istifadədir. Bir qazana 2 stəkan su tökün və qaynadın. Sonra qazı söndürün. Suya 1 limon və 2 darçın çubuğunu atın və ağzını açıq saxlayın. İstəsəniz qarışığa mixək və yaşıl alma dilimləri əlavə edərək özünüz üçün dadlı çay hazırlaya bilərsiniz.

Şam 

Şam yeməyin qoxusunu udmaq xüsusiyyətinə malikdir. Qovurma zamanı ocağın kənarlarına 2-3 şam qoyun və yandırın. Qızartma prosesi başa çatdıqdan sonra şamı söndürməyin. 15 dəqiqə ərzində qızartma qoxusunun böyük ölçüdə yox olduğunu görəcəksiniz.

Dəfnə


Qoxunu aradan qaldırmağın ən geniş yayılmış üsullarından biri dəfnə yarpaqlarından istifadə etməkdir. Qızardılmış yağa dəfnə yarpağı əlavə etmək yalnız qoxunu aradan qaldırmır, həm də yeməklərinizə ətir əlavə edir. Xüsusilə ət yeməklərində tez-tez istifadə edilən bir üsuldur. Sobada balıq yeməklərini bişirərkən nimçəyə dəfnə yarpağı qoya bilərsiniz.

Çay 

Səhər yeməyinin imtina edilə bilinməyən hissəsinə çevrilmiş quru qara çayı yapışmayan tavaya töküb vam odda qovurun. Qara çay qovrulan zaman tüstü çıxmağa başlayacaq. Tüstü görünməyə başlayanda ocağı söndürün və qabı ocaqdan götürün. 

Limon və portağal qabıqları 


Qızartma qoxusunu aradan qaldırmaq üçün limon və ya portağal qabıqlarını yaxşıca soyun. Bu qabıqları tavada qızardarkən xoş qoxu mətbəxinizə yayılacaq. 

Qabı dərhal yuyun 


Qızartma zamanı mətbəx qapısının bağlı olduğundan əmin olun. Mətbəxdə pəncərələri bir az aralı aça bilərsiniz. 

Qızartdıqdan sonra qabı dərhal yuyun. Əgər onu qabyuyan maşına qoyacaqsınızsa, mütləq içərisini təmizləyin və sonra maşına qoyun. Qızartma qoxusu paltarlara asanlıqla nüfuz edir. Qızartdıqdan sonra paltarlarınızı mümkünsə paltaryuyan maşına atın. Əgər onu çirkli səbətə qoysanız, digər paltarlara da pis qoxu hopacaq. 

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə

Paylaş
Şərh əlavə et