Bu gün:

Sual vermək istədiyiniz zaman axmaq kimi görünməkdən qorxursunuzmu?



Sual verəndə və ya sual vermək istəyəndə axmaq görünməkdən qorxmusunuzmu? 

Əgər belədirsə, Brüs Linin sitatı sizin üçündür: "Ağıllı insan axmaq bir sualdan nə öyrənə bilərsə, onu müdrik cavabdan öyrənə bilər."

Bəlkə də, ona görə deyə bilərik ki, uşaq suallarında hikmət var. Çünki sual verəndə onlar sualın axmaq olub-olmaması ilə maraqlanmırlar və sualın axmaq olub-olmadığını belə bilmirlər!

Məhz buna görə həyatla və insanlarla əlaqə yaratmaq üçün uşaqcasına suallar verməliyik. Uşaq sualları insanlar arasında münaqişələri azaldır. Çünki o bizi ünsiyyət zəhəri olan müdafiə vəziyyətindən anlamaq və problem həll etmək zəmininə çəkir. Bu, insanları mühakimə etmək əvəzinə onları başa düşməyə və onlarla əlaqə saxlamağa imkan verir.

İstər komanda, istərsə də bir ölkənin vətəndaşı olsun, suallar insanları bir-birini başa düşməyə imkan verməklə bir-birinə bağlayır. Elə buna görə də, sorğu-sualın qarşısı alındığı, itaətin pul vahidi olduğu cəmiyyətlərdə insanlar arasındakı bağlar zəifləyir. Sürü olmaq ilə xalq olmaq arasındakı fərq məhz bu deyilmi?

Həqiqi maraq və uşaqların müdrikliyi ilə verilən suallar insanları özlərini daha çox ifadə etməyə və paylaşmağa dəvət edir.

Bir-birini anlayan, daha çox paylaşan və hər şeydən əvvəl cəmiyyət, xalq olmaq üçün uşaqlar kimi daha çox sual verməliyik. 

Mənbə: Omurdogan.com 

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et