Bu gün:

Enginarın faydaları


Enginar pəhrizə daxil edilməli olan bir çox vitamin və minerallar ehtiva edən sağlam tərəvəzdir.

Xüsusilə inkişaf etməkdə olan uşaqlara və yaşlılara müntəzəm olaraq istehlak etmələri tövsiyə olunur. Kalorisi az olduğu üçün arıqlamaq istəyənlərin tez-tez üstünlük verdiyi bişmiş enginarın 100 qramında 55 kalori var.

Antioksidant xüsusiyyətləri ilə qaraciyəri təmizləyir, eyni zamanda mədəni qoruyur.

• Tərkibindəki yüksək proteinlə ürək əzələsini gücləndirir və ürəyin rahat işləməsini təmin edir.

• Tərkibindəki zəngin dəmir mineralı ilə dəmir çatışmazlığı anemiyasına faydalıdır.

• Tərkibindəki kalium sayəsində təzyiqi tənzimləyir.

• Xərçəngdən qoruyur.

• Yüksək lifli quruluşu ilə qan şəkərini tarazlaşdırmaqla yanaşı, mədə və bağırsaq hərəkətlərini də tənzimləyir.

• Bədəndəki qanı təmizləyir və siqaret çəkənlərin qanında nikotinin səviyyəsini azaldır.

• Hüceyrələri yeniləyərək dərinin qocalmasını gecikdirir.

• Enginarın müntəzəm istifadəsi sümükləri gücləndirir.

Mənbə: npistanbul
Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et