Bu gün:

Kətan toxumunun yan təsirləri


Kətan toxumunda bol olan lif laksatif xüsusiyyətlərə malikdir. Buna görə də həddindən artıq miqdarda istifadə edildikdə qarın narahatlığına səbəb ola bilər, ayaqyoluna getmə tezliyini artıra və bağırsaq hərəkətlərinə təsir edə bilər.

Həddindən artıq istifadədə qanın laxtalanmasını çətinləşdirdiyini göstərirlər.

Həddindən artıq miqdarda istifadə etmək və ya qəbul edərkən çox az su içmək həm yemək borusu, həm də bağırsaqlarda tıxanmaya səbəb ola bilər.

Qəhvəyi kətan toxumu allergiyaya səbəb ola bilər. Nadir bir vəziyyət olsa da, nəfəs darlığı, aşağı qan təzyiqi və anafilaksi riskinin artması ilə nəticələnən həddindən artıq allergik reaksiyalara səbəb ola bilər.

Kətan toxumu çoxlu omeqa-3 yağ turşularına və liflə zəngin olduğuna görə yaxşı bir qidalanma variantıdır. Tərkibindəki bir çox təbii kimyəvi maddələr qadınlar üçün xüsusilə vacibdir. Son illərdə məşhurlaşan kətan toxumunun mümkün yan təsirlərindən çoxları xəbərdar deyil. Bu yan təsirlər ümumiyyətlə həddindən artıq və nəzarətsiz istehlak nəticəsində baş verir.

Mənbə: npistanbul
Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et