Bu gün:

Hansı bitkilər bal yaradır?


Arıların bal istehsal etmək üçün səyahət etdikləri saysız-hesabsız bitki növləri var. Arıların müxtəlif fəsillərdə nektar topladıqları bitkilərin çiçəkləri və ya ifrazat topladıqları ağaclar çıxarılan balın rənginə, dadına və konsistensiyasına təsir göstərir.


Ən məşhur çiçək balı, müxtəlif çiçəklərin nektarlarını toplamaqla əldə edilən bal növünə aiddir. Çox rast gəlinən çiçək balı termini əvvəlcə hər hansı xüsusi çiçək çeşidinə və ya istehsal üsuluna aid deyil. 


Şam balı yayın sonu və payız aylarında ifraz edən növlərdən biridir. Arılar qırmızı şam və şotland şamında olan şam şirəsindən istifadə edərək şam balı hazırlayırlar. Şam balı bir çox digər bal növlərinə nisbətən daha tünd rəngdədir və özünəməxsus qoxuya malikdir. Bundan əlavə, çiçək balından daha uzun müddət saxlanıla bilər.


Akasiya ağacı bal bitkilərindən biridir. Pseudoacacia kimi tanınan ağac növü olan Robinia pseudoacacia çiçəklərindən toplanan nektardan əldə edilir. Aprel və may aylarında çiçək açır. Qidalandırıcı və antioksidant baxımından çox zəngin olan akasiya balı dünyada ən çox axtarılan ballar sırasındadır. Olduqca açıq rəngdədir, xoş ətirlidir və özünəməxsus dadı var.


Mənbə: bitki.turk

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et