
Sadə görünüşə malik olan çobanyastığı çiçəklərini təbiətdə, evdə və ya bağçada asanlıqla yetişdirmək olar. Çobanyastığı çiçəkləri nəmli və keçirici torpaqları sevir və bu xüsusiyyətləri ilə torpaqlarda sağlam inkişaf edir.
Bəşər tarixində məlum olan ən qədim dərman bitkilərindən biri olan çobanyastığı çiçəyinin bir çox diqqətəlayiq faydaları var. "Daisy" ailəsindən olan bu dərman bitkisinin indiki populyarlığı onun qədim zamanlardan istifadə edilməsinə əsaslanır. Avropa və Qərbi Asiyadan gələn çobanyastığı müalicəvi xüsusiyyətləri sayəsində romalıların, yunanların və misirlilərin diqqətini çəkmişdir.
Orta əsrlərdə Avropada çobanyastığı çiçəyi, hətta yaxınlıqda böyüyən bitkilərə həyat verdiyinə inanılırdı. Buna görə də fermerlər becərdikləri məhsullar arasında həmişə çobanyastığı çiçəyini əkiblər. Çobanyastığı çiçəyindən hazırlanmış taclar yay bayramı şənliklərində diqqəti cəlb edir. İlin ilk çobanyastığı çiçəklərinin şans gətirdiyinə inanılır.
Mənbə: arifoglu.com
Tərcümə etdi: Səmayə Qədirova
