Bu gün:

Duşda qaldığınız vaxta diqqət edin!


Duş qəbul etmək şəxsi gigiyenamız üçün böyük əhəmiyyət kəsb edir. Amma bunu edərkən biz fərqinə varmadan bəzi səhvlərə yol veririk. Bu səhvlərdən biri də duşda 15 dəqiqədən çox qalmaqdır.

Günün yorğunluğundan sonra ilıq duş qəbul etmək hər kəs üçün çox rahat ola bilər. Şəxsi gigiyenaya riayət etmək üçün mütəmadi olaraq duş qəbul etməliyik. Amma duş qəbul edərkən şüursuz şəkildə etdiyimiz səhvlər xeyirdən çox zərər verə bilər. Budur, sizin üçün tam bir dəri düşməni olan səhvlərdən biri.

Duşda qalmaq vaxtınıza diqqət edin

Heç duşun altında qaldığınız vaxta fikir vermisinizmi? Suyun altında nə qədər qalmağınızın sağlamlığınıza təsir etmədiyini düşünürsünüzsə, böyük səhv edirsiniz. Çünki duşda nə qədər çox qalsanız, sağlamlığınız bir o qədər risk altında ola bilər.

Dermatoloqlar ideal duş vaxtının 5-15 dəqiqə arasında olduğunu deyirlər. Bu müddəti keçdiyiniz zaman dərinizdə problemlər yarana bilər. Uzun müddət duş qəbul etdikdə dəriniz zədələnməyə başlayır. Çünki uzun duşlarda dərinizi qoruyan yağlar da yox olur. Bu, dərinizin çox qurumasına, qıcıqlanmasına, qaşınmasına və qızarmasına səbəb olur.

Xüsusilə ekzema kimi problemi olan insanlar duş vaxtını 15 dəqiqədən çox olmamaq üçün tənzimləməlidirlər.

CNN Türk-ün xəbərinə görə, duşda edilməməsi lazım olan bəzi səhvləri sizinlə paylaşırıq. Şampunlarınızı tez-tez dəyişməyin. Bu, saçlarınızın tez köhnəlməsinə səbəb olur. Mümkünsə, eyni şampundan uzun müddət istifadə etməyə diqqət edin. Filmlərin bizə əlavə etdiyi bir ənənədir; Baloncuklarda çimmək. Bu, ən çox etdiyimiz səhvlərdən biridir. Duş gelinizi və ya duş kreminizi köpürtmək üçün deyil, bədəninizi qidalandırmaq üçün istifadə edin. Köpük bədəninizi sarar və heç vaxt bakteriyaları məhv etmir. Köpüklənməyən duş geli daha yaxşıdır.

Mənbə: Haberciniz.biz

Tərcümə: Amin Həsənli


Paylaş
Şərh əlavə et