Bu gün:

Alma toxumları zəhərlidirmi?


Alma dünyanın ən məşhur meyvələrindən biridir. Onun tərkibində acı dadına görə adətən yeyilməyən kiçik qara toxumlar var, lakin insanlar bəzən diqqət etmədən təsadüfən onları uda bilərlər.

Bir çox insanlar alma toxumlarının zəhərli olduğuna inanır, digərləri isə bu qəlyanaltını sağlam hesab edir. Kim haqlıdır?

Alma toxumları ilə əlaqəli risklər

Alma toxumlarında amigdalin kimi tanınan bir bitki birləşməsi var.

Nisbətən böyük miqdarda alma, badam, ərik, şaftalı və albalı olan rosaceae ailəsinin meyvələrinin toxumlarında olur.

Amigdalin toxumların kimyəvi müdafiəsinin bir hissəsidir. Onlar bütöv qaldıqları müddətdə təhlükəsizdirlər, lakin toxumlar zədələndikdə, məsələn, çeynəmə və ya həzm zamanı amigdalin hidrogen siyanidə çevrilir. Bu, yüksək dozada çox zəhərli və hətta ölümcül birləşmədir.

Sianid tarix boyu zəhər kimi istifadə edilmişdir. Bədənin hüceyrələrinə oksigen tədarükünü pozur və kifayət qədər yüksək dozada bir neçə dəqiqə ərzində ölümə səbəb ola bilər.

Nəticə-alma təhlükəlidirmi?

Alma qabığı və alma pulpası çox sağlamdır və sağlamlığınız üçün təhlükə yaratmır.

Bununla belə, əzilmiş alma toxumları çox zəhərli olan az miqdarda siyanid buraxır. Zəhərlənmə üçün hər hansı bir mənfi əlamət görməzdən əvvəl 150-dən çox toxum yeməlisiniz.

Beləliklə, təsadüfən bir neçə alma toxumu yeyirsinizsə, narahat olmağa dəyməz.

Mənbə:dzen.ru

Tərcümə etdi:Leyla Bayandurlu

Paylaş
Şərh əlavə et