Bu gün:

Distimiya nədir?


Bu, həyatdan həzz almağımıza böyük mane yaradan və yaxşı hiss etməyi çətinləşdirən depressiyanın xroniki formasıdır.


Distimiya xroniki depressiyanın bir növüdür və adətən daha yüngül simptomlara malikdir. Ancaq uzun müddət davam edərsə, insanın gündəlik həyatına təsir edə bilər. Distimiya və ya hər hansı depressiya növü üçün effektiv müalicə strategiyası qurmaq üçün terapevtə müraciət etmək mütləqdir.


Distimiyanın əlamətləri hansılardır?

- İştahsızlıq və ya həddindən artıq yemək. 

- Həddindən artıq yatmaq, yaxud əksinə yuxusuz qalmaq

- Fiziki yorğunluq hissi. 

- Güvənsizlik, özünə inamın azalması. Diqqət dağınıqlığı


Mənbə:npistanbul

Tərcümə etdi:Nailə Hadizadə

Paylaş
Şərh əlavə et