Bu gün:

Nə üçün pişiklərin 9 canı var deyilir?


Pişiklərin doqquz canı olduğunu qədim zamanlardan eşitmişik. Əfsanədən fərqli olaraq, pişiklər 9 canlı deyil və onlar da xəstələnir və hər zaman dördayaq üstə düşmürlər. Heyvan dostlarımızın yalnız bir canı var ki, bu cana çox yaxşı qulluq edilməlidir.Bəs niyə pişiklərə doqquz canlı deyirlər? Uzun illərdir məlum olan bu əfsanənin arxasındakı faktlar budur.

Pişiklərin ən məşhur xüsusiyyəti onların 9 canlı olaraq bilinməsidir. Təbii ki, hündür yerlərdən tullanmaq, ağacların başına dırmaşmaq, avtomobilin altından sağ-salamat çıxmaq kimi bir çox bacarığı olan pişiklərin 9 canlı bir varlıq olmasının elmi açıqlaması yoxdur. Ancaq həmçinin, onların hər fürsətdə dördayaq üstünə yıxılma qabiliyyətini unutmaq olmaz. Bəs pişiklərin 9 canlı adlandırılmasının səbəbi nədir?

Pişiklər ölümcül fəlakətlərdən necə xilas olurlar?

Pişiklərin zəlzələ və ya digər vəziyyətlər zamanı göydələnlərdən tullana bildiyi və hələ də sağ qaldığı məlum bir həqiqətdir. 2009-cu ildə Nyu Yorkda binanın 16-cı mərtəbəsindən atılan Endi adlı pişik sağ qalıb. Pişiklərin dördayaq üstə yerə düşməsinin səbəbi onların düzəltmə refleksinə sahib olmasıdır. Pişiklər hündür yerdən yıxılanda havada daha rahat dönə bilirlər və beləliklə, dörd ayaqları üzərində yerə düşürlər. Pişiklər son dərəcə yaxşı tarazlıq, reflekslərə malikdirlər və insanlardan daha çox fəqərələrə malik olduqları üçün daha çevikdirlər.

İngiltərədən Yunanıstana uzanan əfsanə

Qədim bir ingilis atalar sözü deyir: “Bir pişiyin doqquz canı var".

"Üçü oyun üçün, üçü gəzə bilməsi üçün, qalan üçü isə dayanmaq üçün." Pişiklərin 9 canlı olması haqda əfsanə də bu deyimdən qaynaqlanmış ola bilər. Doqquz da sehrli rəqəmdir. Əsrlər boyu pişiklərə sehrli varlıqlar deyirdilər. İnsanların həm qorxurdular, həm də eyni zamanda ona pərəstiş edirdilər. Qədim Yunanıstanda qədim dövrlərdə doqquz rəqəmi dini oyandıran mistik rəqəm hesab olunurdu, ona görə də 9 rəqəmi bir çox mənbələrdən gəlmiş ola bilər.

Pişiklərin doqquz canlı olduğuna dair əfsanənin dəqiq mənşəyi bilinməsə də, pişiklərin əsl sağ qalma mütəxəssisləri olduğu bir həqiqətdir.

Mənbə: onedio.com

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et