Bu gün:

Kriptomneziya nədir?


Şüuraltımızın bizə oynadığı oyunlardan biri olan kriptomneziya artıq bildiyimiz bir düşüncəni, hər hansı bir yaradıcı obrazı təkrarlamaq, onun öz orijinal ideyası olduğunu düşünmək deməkdir.

Bu, unudulmuş və sonra şəxs tərəfindən tanınmadan geri qayıdan, yeni bir şey olduğuna inanılan bir xatirədir. Ümumiyyətlə, yaddaş ideya və ya intuisiya şəklində qayıdır, lakin hərəkət şəklində yenidən meydana çıxma ehtimalı da var. Merriam-Webster lüğəti kriptomneziyanı "tanınmayan, lakin orijinal yaradılış kimi görünən yaddaş şəkillərinin şüurda görünüşü” kimi tərif edir. Kriptomneziya ilə əlaqəli bir çox plagiat halları olmuşdur. Ən məşhuru Helen Kellerdir. Keller on bir yaşında olanda məktəb jurnalında dərc olunan və yerli qəzetlər tərəfindən toplanan "Şaxta Kralı" adlı bir hekayə yazıb. Bununla belə, hekayə daha çox diqqət çəkdikcə başqaları bunun Marqret Kanbinin yazdığı başqa bir hekayənin, “Şaxta Pəriləri”nin təkrar izahı olduğunu görməyə başladılar. Keller kitabı oxuduğunu və xatırlamadığını söyləyib. Ancaq kitabın bir nüsxəsi dostunun evindən tapılıb və o Kellerə kitabı oxumaq üçün verdiyini bildirib. Kriptomneziyaya tez-tez istinad edilən başqa bir nümunə onun keçmiş Beatle Corc Harrison və Şifonların ifa etdiyi “He So Fine” mahnısına qeyri-adi dərəcədə bənzərliyi olan “My Sweet Lord” mahnısıdır.


 Mənbə: Bilgiustam.                                            Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et