Bu gün:

Erotomaniya nədir?


De Clérambault sindromu olaraq da bilinən erotomaniya bir insanın başqa bir insanın ona qarşı sıx bir sevgisi olduğu fikrinə aludə olduğu zaman meydana çıxan, nadir bir psixi sağlamlıq problemidir. Erotomaniya bir aldatma növüdür. Psixologiyada delusion və ya aldatma kimi də bilinən erotomaniya dəlil təqdim edildikdə belə dəyişməyən sərt inanclara aiddir. 

Erotomanik fərd sevdiyi insan tərəfindən uzaqdan sevildiyinə dair xəyalpərəst bir inam inkişaf etdirir. Ümumiyyətlə, belə hesab olunur ki, daha yüksək sosial təbəqəyə mənsub olduğu kimi qəbul edilən və əlçatmaz görünən obyekt öz sevgisini ilk elan edir. Obyekt çox vaxt ictimai xadim, məşhur şəxs və ya daha yüksək statusa malik hesab edilən kimsədir, lakin bu, istənilən şəxs də ola bilər. Erotomanik insan qarşı tərəfin ona gizli mesajlar göndərməyə çalışdığına və bunun xəbər-məlumat və ya düşüncələr vasitəsilə (telepatiya vasitəsilə) baş verdiyinə inana bilər. Ancaq ona aşiq olduğunu düşündüyü insan onun varlığından belə xəbərdar olmaya bilər. Bundan əlavə, erotomanik insan aşiq olduğu insanın məhəbbəti ilə bağlı məcburi şişirdilmiş sübutlar təqdim edə bilər və paradoksal olaraq rədd edilmək kimi bir çox əks sübutları gizli sevgi elanları kimi şərh edə bilər. Başqası tərəfindən sevilmək kimi bu vəsvəsə, təbii ki, reallığa əsaslanmır. Bir çox hallarda erotomanik insan vəsvəsəsi olduğu insanla belə görüşməmiş ola bilər. Erotomaniya hallarının daha çox qadınlarda olmasına baxmayaraq, məhkəmə sahəsində (məhkəmələr, həbsxanalar, mühafizə olunan xəstəxanalar) erotomaniyaya kişilərdə daha çox rast gəlindiyini də söyləmək olar.


Mənbə: Hiwellapp.                                          

Tərcümə etdi: Fatimə Şükürova











Paylaş
Şərh əlavə et