
İlanlar eşitməsələr belə, vibrasiya vasitəsilə düşmənlərini hiss edirlər. Çənəsini yerə qoyan ilan, hətta uzaqdan gələn ayaq səslərini də eşidə bilir. Onlar dilləri ilə onlara yaxınlaşan düşmənlərin iyini də hiss edə bilirlər. Buna görə də, düşmənlə qarşılaşdıqda qorunmaq üçün özünəməxsus fısıltı səslərini çıxarırlar.
İlan səsini eşitdiyiniz zaman dərhal həmin ərazidən uzaqlaşmalısınız. Ancaq bu, ilanın ən təhlükəli olduğu və özünü qorumaq üçün hər şeyi edəcəyi andır. Ona görə də ilanın özünəməxsus fısıltı səsi sizə xəbərdarlıq olmalıdır.
İlanların əlləri və ayaqları olmadığı üçün ağızları, güclü çənələri, zəhəri və fısıltı səsləri ilə özlərini qorumağa çalışırlar.
Bu yolla düşmənlərini qorxutmağa çalışırlar.
Bunun xaricində "çıngırdak" adlanan ilan növü öz bədəni ilə səs çıxarır. Bu səs onların təhlükə anında mövcud olduqlarını bildirmək üçün çıxardıqları sirenaya bənzər bir səsdir. Quyruqlarındakı halqaları bir-birinə sürtərək bu səsi çıxarırlar. Çınqıldamaya bənzədilmiş bu səs ancaq ilan təhlükə altında olduqda eşidilir. Beləliklə, ilan səslərini yalnız təhlükə altında olduqda eşidə bilərsiniz. Bundan başqa, ilanlar çox sakit sürünənlərdir. Bu səsləri çıxaran ilanlar zərərsiz olsalar belə, bu vəziyyətdə olanda özünüzü qorumağınız daha yaxşı olar.
Mənbə: Yilan
Tərcümə etdi: Gülnisə Əfkari
