Bu gün:

Niktofil nədir?


Bəzi insanlar günəşin parlaqlığını, bəziləri isə ayın qaranlığını sevir. Əgər siz gecənin qaranlığında və səssizliyində vaxt keçirməyi sevən insanlardansınızsa, bunun elmdə öz yeri var. Bəli, siz niktofil ola bilərsiniz. Bu xəstəlik deyil.

•Niktofil nədir?

Niktofiliya gecə mənasını verən "nycto" və sevgi mənasını verən "philia" sözlərinin birləşməsindən əmələ gəlir. Gecəni gündüzdən daha çox sevmək, günün qaranlıq hissəsində özünü daha dinc və rahat hiss etmək, gecənin tez gəlməsini istəmək halıdır. Bu hissləri yaşayan insanlar niktofillərdir.

•Pessimist deyillər

Niktofillər haqqında ümumi mühakimə onların pessimist və bədbəxt insanlar olmasıdır. Amma onlar qaranlıqda çox xoşbəxt ola bilən insanlardır. Eyni zamanda, niktofillər zorakılıq, intihar və ya aqressiv davranışa meyilli olmurlar.

•Rəngə qarşı deyillər

Niktofillər gecənin zülmətini sevsələr də, onun qaranlığında rahatlıq tapsalar da, rəngləri də sevirlər. Niktofillər üzərində aparılan bir çox araşdırmalar onların günəş işığına və ya parlaq rənglərə qarşı zəif mühakimə qabiliyyətinə malik olduqlarını aşkar etməyib. Yalnız gecəyə və qaranlığa olan sevgiləri gündüzü üstələyir.

•Onların mövsümü qışdır

Gecəni və qaranlığı sevən nimfofilin sevimli fəsli təbii ki, gecələrin uzun olduğu qışdır. Bir sözlə, niktofillərin gündüzü gecə, fəsli isə qışdır.

Mənbə: Migrostv.migros

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş