Öskürək normal olaraq ağciyərlərə və tənəffüs yollarına qarşı qoruyucu təsir göstərir, yad hissəciklər və yığılmış ifrazatlar kimi maddələrin təmizlənməsini asanlaşdırır. Öskürək könüllü və ya qeyri-iradi baş verə bilər. Tez-tez baş verməsi insanın həyat keyfiyyətinə mənfi təsir göstərə bilər. 3 həftədən az davam edən öskürək şikayəti kəskin öskürək kimi müəyyən edilir. 3-8 həftə arasında davam edən öskürək yarımkəskin, 8 həftədən çox davam edən öskürək isə xroniki öskürək olaraq təyin olunur. Həm də quru öskürək və yaş öskürək kimi təsnif edilir.

Yaş öskürək bəlğəm olarkən baş verir. Təmizlənmə epidemiya aradan qaldırıldıqda baş verir. Yaş öskürək qrip və ya soyuqdəymə kimi bəzi ümumi xəstəliklərdə rast gəlinə bilər. Yaş öskürəklə yanaşı, postnazal damcı, burun axması və yorğunluq kimi əlamətlər müşahidə oluna bilər.
Öskürəyə nə səbəb olur?
Quru öskürəkdə bəlğəm yoxdur. Allergiya, yuxarı tənəffüs yollarının infeksiyası və ya bronxial infeksiya səbəbiylə siqaret çəkməyənlərdə görülür. Quru öskürəyin əsas səbəbi yuxarı tənəffüs yollarının infeksiyasıdır. Onu nəzarət altına almaq və düzgün diaqnoz qoymaq vacibdir. Boğaz infeksiyası, reflü, sinüzit və laringit quru öskürəyin səbəblərindəndir. Gecə öskürəyinin əsas səbəbi reflüdür. Yatan vəziyyətdə, mədə turşusunun özofagusdan keçməsi asanlaşır və öskürəyə səbəb olur. Siqaret çəkənlərdən başqa, sinüzit , allergiya, infeksiya və ya postnazal damcı olan şəxslərdə görülür. Bəzi təzyiq dərmanları və ürək çatışmazlığı kimi ağciyər xəstəlikləri gecə quru öskürəyə səbəb ola bilər. Diaqnoz qoyarkən fiziki müayinə və tənəffüs testlərini araşdırılmalıdır. Müalicə əsnasında öskürək nə zamandan başlayıb kimi suallar verilməlidir.
Öskürəyə nə yaxşı təsir göstərir?

İtburnu çayı, qırmızı bibər, portağal, limon və naringi kimi C vitamini ilə zəngin qidaların qəbulu artırılmalıdır.
Reflüksün mövcudluğunda gecə quru öskürək hücumlarının qarşısını almaq üçün yatağın başı qaldırılmalıdır. Gecə yatmazdan 2-3 saat əvvəl yemək və içmək dayandırılmalıdır. Axşam yeməkləri az yağlı olmalıdır. Həmçinin, ədviyyatlı qidalar qəbul edilməməlidir.
Yatmadan əvvəl kefir, zəncəfil çayı kimi mədə turşusunu azaldacaq içkilər qəbul edilməlidir.
Yataq otağının rütubəti yatmazdan əvvəl artırılmalıdır. Dəstək üçün hava nəmləndirici cihazlardan əldə edilə bilər.
Boğazı sakitləşdirmək üçün yatmazdan əvvəl bitki çayı içmək olar. Nanə, limon və şüyüd çayı da yaxşı seçimdir.
Bitki çayları dəmlənərkən onlara təzə zəncəfil əlavə edilməlidir.
Maye qəbuluna diqqət yetirilməlidir. Gündə ən az 12-15 stəkan su içmək lazımdır.
Kəklikotu öskürəyə yaxşı təsir edir. 200 ml suya 1 çay qaşığı əlavə edilərək dəmlənməlidir və sonra qəbul edilməlidir.
Bal quru öskürəyin səbəb olduğu boğazın qıcıqlanmasını aradan qaldırır. Bitki çaylarına və ya ilıq südə bal əlavə edib içə edə bilərsiniz.
Duz ilə qarqara öskürəyi azaltmağa kömək edir.
Siqaretdən istifadə edilməməli və tüstü olan bir mühitdə olmamağa diqqət edilməlidir.
Yatdığınız yerdə toz yığan əşyalar saxlanılmamalıdır.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
