Bu gün:

Kartofun köhnə olduğunu necə müəyyən etmək olar?


Bol mineral ehtiva edən kartof yeməklərdə ən çox istifadə edilən tərəvəzlərdən biridir. Xarab olan kartofu təzə kartofdan ayırmaq bir az çətin ola bilər. Buna görə də bu yazıda sadə üsullar bölüşəcəyik. Həmçinin cücərmiş və ya yaşıl kartofu nə vaxt yemək, eləcə də kartofu soyuducuda və ya dondurucuda nə qədər saxlaya biləcəyinizlə bağlı faydalı məsləhətləri paylaşacağıq.


Bilməli olduğunuz şeylər;

Kartofun pis olub-olmadığını müəyyən etmək üçün onun yumşaq teksturasına, qırışmış səthinə və ya pis qoxusuna diqqət edin. Kartofun pis olub olmadığını anlamaq üçün kəskin pis qoxu və ya görünən kif olub olmadığını yoxlayın. Əgər kartofunuz cücəribsə, yenə də yeyə bilərsiniz. Yalnız cücərtiləri kəsin. Yaşıl kartofu yalnız bir az yaşıl olduqda yeyə bilərsiniz. Kartof çox yaşıldırsa artıq onu atmağın vaxtı çatıb.

Köhnə kartofun zərərli olub olmadığını necə müəyyən etmək olar?

Yumşaqlıq: Təzə kartof sərt olur və toxunarkən yumşaqlığı hiss etməməlisiniz. Kartofu aldığınız zaman yumşaqlıq hiss edirsinizsə, bu, çox güman ki, onun çürük olduğunu göstərir.

Qırışmış səth: Kartof aldığınız zaman səthinin sıx olduğunu və hərəkətsiz olduğundan əmin olun. Əgər kartofun qabığı qırışırsa, deməli, xarabdır.

Pis qoxu: Təzə kartof torpaq, qozlu və nişastalı qoxu verir. Əgər kartofun iyini hiss edirsinizsə və ondan çürük və ya kif iyi gəlirsə, o kartofu zibil qutusuna atmağın vaxtıdır.

Bişmiş kartofun zərərli olduğunu necə müəyyən etmək olar?

Kəskin pis qoxu: Bişmiş kartofun nə vaxt zərərli, xarab olduğunu söyləmək bir az daha çətindir, lakin 1 nömrəli göstərici onların qoxusudur. Əgər bişmiş kartoflarınızı götürəndə turş və ya çürük iyi gəlirsə, o, artıq tullantıdır. 

Kif: Görünən kif mütləq kartofunuzun xarab olduğunu bildirir. Bişmiş kartofun üzərindəki qəhvəyi, qara və ya yaşıl ləkələrə diqqət edin. 

Maye görünüşü: Maye bərkdən ayrılmağa başlayanda kartof püresinin xüsusilə pis olduğunu başa düşə bilərsiniz. Üzərindəki maye qatı onun xarab olduğunun göstəricisidir. 

Çürük kartof yesəniz nə olar?

Pis bişmiş kartof qida zəhərlənməsinə səbəb ola bilər.

Bişmiş kartof bir neçə gündən sonra udmaq üçün təhlükəli olan bakteriyaları toplaya bilər. Əgər çox köhnə kartof yeyirsinizsə, hərarət, ürəkbulanma, qusma və ya ishal ola bilər. Çox yaşıl kartof və ya kartof cücərtiləri yemək mədə problemlərinə səbəb ola bilər.

Yaşıl kartof və kartof cücərtilərinin hər ikisi yüngül toksin ehtiva etdiyi üçün onları yemək mədə ağrısı, ürəkbulanma, qusma və ya ishal kimi simptomlara səbəb ola bilər. Xoşbəxtlikdən, bu simptomlar adətən bir neçə gün ərzində öz-özünə yox olur.

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 



Paylaş
Şərh əlavə et