Aloe vera aloe cinsinin təxminən 420 növündən biri olan aloe bitkisinin yarpaqlarından əldə edilən gel tərkibli bitkidir. Aloe geli aloe bitkisinin yarpağının daxili hissəsində olan şəffaf, jele kimi bir maddədir. Aloe vera tərkibli qidalar mövcud deyil və bu bitki xaricdən qəbul üçün uyğundur. Bir çox sağlamlıq problemi zamanı istifadə edilə bilər.

Aloe vera diş ətinin sağlamlığı, yaraların sağalmasını sürətləndirmək, dərini yumşaltmaq, qırışların qarşısını almaq və qan şəkərini idarə etmək kimi hallarda istifadə oluna bilər. Bundan əlavə, qəbizliyin aradan qaldırması, mədə yanmasına yaxşı olması və göz sağlamlığını təmin etməsi ilə tanınan aloe vera, bu faydaları antioksidan və antibakterial xüsusiyyətlərindən alır.
Aloe veranın qida dəyəri nədir?
Aloe vera immunitet sisteminə təsir edən maddələrlə mübarizə aparmağa kömək edən zəngin antioksidant mənbəyidir. Bu, bədəndəki stressi azaldaraq, yaraların sağalmasını təmin edərək, dərini yumşaldaraq diabet, ürək xəstəliyi və hətta xərçəng kimi xroniki vəziyyətlərin riskini azaltmaqda təsirli olur.
Aloe veranın qida dəyəri belə təsnif oluna bilər:
- A, C, E vitaminlər
- B1, B2, B3, B6 və B12 vitaminlər
- Beta karote
- Fol turşusu
- Kalsium
- Maqnezium
Aloe vera həmçinin yüksək səviyyədə maqnezium ehtiva edir, sinir və əzələ istifadəsi üçün həyati əhəmiyyətli qidadır.
Maqnezium bədənə qan təzyiqini tənzimləyənlər də daxil olmaqla 300-dən çox müxtəlif ferment reaksiyaları ilə kömək edir.
Aloe Veranın faydaları nələrdir?
Antioksidant və antibakterial maddələrlə zəngin qida olan aloe vera bu xüsusiyyətləri sayəsində infeksiyaların çoxalmasının qarşısını alır, yaraları sağaldır, dəri sağlamlığını dəstəkləyir, diş lövhələrini azaldır, mədə yanmasını aradan qaldırır, qəbizliyə faydalıdır və qan şəkərini tarazlaşdırmağa kömək edir.
Mənbə:memorial
Tərcümə etdi:Nuray Mürsəlova
