Oleander çiçəyi baxımı asan olan bitkilərdən biridir. Dayanıqlı və baxımı asan bitki yetişdirmək istəyənlərin tez-tez üstünlük verdiyi çiçək növüdür. Son illərdə bu bitkiyə daha çox diqqət yetirilməsi oleander çiçəyini daha da populyarlaşdırıb. Yaydığı xoş qoxu və oyandırdığı estetik zövq oleanderin demək olar ki, hər evdə və bağda mövcud olmasına gətirib çıxardıb.

Bu yazıda oleanderin evdə becərilməsi şərtlərindən, əsrlər boyu danışılan hekayəsindən və faydalarından söhbət açacayıq. Aralıq dənizi bölgəsinin bəzək bitkilərindən biri olan oleanderinlə daha yaxından tanış olaq.
Oleander çiçəyi nədir?
• Oleander çiçəyi tərkibində zəhərli maddələr olan bəzək bitkilərindəndir.
• Qısa və enli budaqları olan bu bitki çəhrayı ətirli çiçəklərə malikdir.
• Aralıq dənizi ölkələrində məhsuldar şəkildə böyüyə bilən oleander, abadlıq və bağ dekorasiyasında üstünlük verilir.
• Boyu 5 metrə qədər böyüyə bilən, lakin çox böyük bir ərazini əhatə edən oleander, ümumiyyətlə, cırtdan halında istifadə olunur.
• Dairəvi yolda yolları iki yerə bölmək və geniş ərazilərin ətrafını örtmək üçün üstünlük verilən ətirli zakkumun bir çox adı var.
• Susuzluğa davamlı olan oleander ən çox çay sahillərini və ətraf əraziləri sevir. Sulanmasa belə, havadakı rütubətlə özünü yaşadır.
Oleander çiçəyi zəhərlidirmi?
• Oleander çiçəyi şüursuzca istifadə edilərsə, zərər verə bilər.
• Çünki bu bitkinin yarpaqlarında və çiçəklərində zəhərli maddələr var.
• Eksperimental tədqiqatlar və tibbi araşdırmalar üçün istifadə edilən çiçəkdir.
• Küçədə, bağda və ya evdə rast gəlinən oleander bitkisinin yarpaqlarını və ya çiçəklərini birbaşa istifadə etməməlisiniz.
• Siz təhlükəli sağlamlıq problemləri ilə üzləşə bilərsiniz.
Məlumdur ki, oleander çiçəyi ölüm çiçəyidir. Cəhənnəm çiçəyi kimi də tanınır. Zəhərli xarakter daşıdığı üçün müsbət simvolu olduğu bildirilmir. Mənbələrdə onun həyatdakı bütün mənfilikləri simvolizə edən çiçək olduğu qeyd olunur. Lakin bu çiçəyin xoş qoxusu və estetik cəhətdən heyranedici rəngarəng görünüşü bir çox insana çiçəyin mənasını unutdurur. Oleander ağacının yanından keçərkən burnunuza dəyən təravətli və ətirli qoxu sizi ovsunlaya bilər.
Mənbə:nefisyemekterifleri
Tərcümə etdi:Nuray Mürsəlova
