Bu gün:

Portağal qabığını yeyə bilərsinizmi?


Portağal qabıqları lif, C vitamini və polifenollar kimi vacib qidalarla zəngindir. Onlar həmçinin acıdır, həzm etmək çətindir və tərkibində pestisid qalıqları ola bilər. Portağal dünyada ən məşhur meyvələrdən biridir. Ancaq qabığını sürtgəcdən keçirməkdən başqa, portağal qabıqları, ümumiyyətlə, meyvə yeyilməzdən əvvəl çıxarılır və atılır. Yenə də bəziləri portağal qabıqlarının mühüm qida maddələrinə malik olduğunu və onları atmaq əvəzinə yemək lazım olduğunu iddia edirlər. Bu məqalə portağal qabıqlarının pəhrizinizə sağlam bir əlavə olub-olmadığını nəzərdən keçirir.

Faydalı qida maddələri və bitki birləşmələri


Portağal C vitamini baxımından yüksək olduğu bilinən şirəli, şirin sitrus meyvələri dir. Portağal qabıqlarının müxtəlif qida maddələri, məsələn, lif, C vitamini və polifenollar kimi bitki birləşmələri ilə zəngin olduğu bəlkə də az məlumdur. Əslində, cəmi 1 xörək qaşığı (6 qram) portağal qabığı C vitamininin gündəlik dəyərinin 14%-ni təmin edir. Bu, daxili meyvədən təxminən 3 dəfə böyükdür. Eyni porsiyada təxminən 4 qat daha çox lif var.

Tədqiqatlar göstərir ki, C vitamini və liflə zəngin qidalar ürək və həzm sağlamlığına faydalıdır və bəzi xərçəng növlərindən qoruya bilər. Portağal qabığında həmçinin yaxşı miqdarda provitamin A, folat, riboflavin, tiamin, B6 vitamini və kalsium var. O, həmçinin 2-ci tip diabet, piylənmə və Alzheimer xəstəliyi kimi bir çox xroniki vəziyyətlərin qarşısını almağa və idarə etməyə kömək edə bilən polifenol adlanan bitki birləşmələri ilə zəngindir.

Sınaq borusu ilə aparılan bir araşdırma, portağal qabığının tərkibindəki ümumi polifenolun və aktivliyin meyvədən əhəmiyyətli dərəcədə yüksək olduğunu müəyyən etdi. Xüsusilə portağal qabıqları, potensial antixərçəng təsirləri üçün öyrənilən hesperidin və polimetoksiflavonlar (PMF) polifenollarının yaxşı mənbəyidir. Bundan əlavə, portağal qabıqlarının tərkibindəki efir yağlarının demək olar ki, 90%-i dəri xərçəngi də daxil olmaqla iltihab əleyhinə və xərçəng əleyhinə xüsusiyyətləri öyrənilmiş təbii kimyəvi maddə olan limonendən ibarətdir.

Qidalandırıcı faydalarına baxmayaraq, portağal qabığını yeməyin bəzi zərərləri də var.

Pestisid qalığı

Pestisidlər portağal kimi sitrus meyvələrində kif və həşəratlardan qorunmaq üçün tez-tez istifadə olunur.

Tədqiqat portağalların daxili meyvəsinin çox aşağı və ya aşkar edilməyən səviyyədə pestisidlərə malik olduğunu aşkar etsə də, onların qabıqlarında əhəmiyyətli dərəcədə yüksək miqdarda var. Tədqiqatlar xroniki pestisid qəbulunu xərçəng riskinin artması və hormon disfunksiyası da daxil olmaqla sağlamlıq üçün mənfi təsirlərlə əlaqələndirir. Bu təsirlər əsasən meyvələrin qabığında az miqdarda deyil, xroniki yüksək səviyyəli məruz qalma ilə əlaqələndirilir. Bununla belə, qəbul edilən pestisidin miqdarını azaltmaq üçün portağalları isti su altında yumaq hələ də tövsiyə olunur.

Həzm etmək çətin ola bilər

Portağal qabıqlarının sərt teksturasına və yüksək lif tərkibinə görə həzm edilməsi çətin ola bilər. Onları, xüsusən də böyük parçaları bir anda yemək, kramp və ya şişkinlik kimi mədə narahatlığına səbəb ola bilər.

Xoşagəlməz dad və tekstura

Portağalın daxili meyvəsindən fərqli olaraq, qabığı çeynəmək çətin olan sərt və quru bir quruluşa malikdir. O, həm də acıdır və bəzi insanlar onu xoşagəlməz hesab edə bilər. Qidalandırıcı faydalarına baxmayaraq, onların acı dadı və sərt teksturasının birləşməsi portağal qabıqlarını xoşagəlməz hala gətirə bilər.

Necə yemək olar?

Portağalın qabığını birbaşa dişləyə bilsəniz də, mədəni narahat etməmək üçün bir anda daha az yemək yaxşıdır. Bıçaq və ya tərəvəz qabığı istifadə edərək, portağal qabıqlarını nazik zolaqlara kəsib salatlara əlavə etmək olar. Onlara daha şirin bir dad qatmaq üçün şəkərlənə bilər və ya portağal marmeladı hazırlamaq üçün istifadə edilə bilər.

Nəhayət, portağal qabığını az miqdarda qatığa, yulaf əzməsinə, kekslərə, salat souslarına əlavə edə bilərsiniz. Əgər hələ də sınamaq qərarına gəlsəniz, əvvəlcə, meyvəni yaxşı yumağınızdan əmin olun.

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et