Bu gün:

Birini stalklamaqdan necə qurtulmaq olar?


Stalking çağımızın ən böyük vəsvəsələrindən biridir. Zamanla insanın həyatında mənfi təsirlərə səbəb olan bu vəsvəsədən qurtulmağın çox sadə və təsirli yolları var:

1- Hər yerdən izlənilən insanı silmək və ya bloklamaq

Ən böyük addım təqib edilən şəxsi sosial mediadan silməkdir. Əslində bu, bəlkə də ən böyük addımdır. Başqalarının başqaları ilə xoşbəxt olduğu həyata uzaqdan baxmaq insana kədərdən başqa bir şey vermir. Onu silib və tamamilə yeni bir həyata başlamaq lazımdır. 

2- Stalklamaq istəyi

İnsanın ağlına gündə bir neçə dəfə stalklamaq istəyi gələ bilər. Əgər şəxs qarşı tərəfi bloklamayıbsa, hər dəfə ağlına təqib sorğusu gələndə diqqətini başqa bir şeylə yayındırmalıdır. Başqa şeylər düşünmək, kitab oxumaq, duş almaq, lazım gələrsə yatmaq lazımdır. Amma heç vaxt həmin şəxsin profilinə baxılmamalıdır.

3- Sosial media hesablarını bağlamaq

Əgər insan özünü dayandıra bilmirsə, müəyyən müddətə sosial media hesablarını bağlamalıdır. Bu müddətdə həm sosial media asılılığından, həm də təqib vəsvəsəsindən xilas olmaq olar.

4- Hobbi tapmaq

İnsan özü üçün bir hobbi tapmalıdır. Bütün gününü daha sıx keçirməyə imkan verən bu hobbi sayəsində stalklamaq istəyi də aradan qalxacaq.

5- Dəstək almaq

Əgər təqib etmək istəyinin öhdəsindən gələ bilinmirsə, vəziyyəti ən yaxın dostlarla bölüşmək olar. Xüsusən də təqib edilən adamın çox yaxşı bir həyatı varsa, evlidirsə və ya uğurdan uğura qaçırsa və bunu gördükdə insan içindən kədərlənirs, mütləq mütəxəssis psixoloqa müraciət edilməlidir. Beləliklə, sadə görünən təqib probleminin ciddi psixoloji nəticələrə səbəb olmasının qarşısını almaq olar.

6- 21 Gün

Araşdırmalar göstərir ki, bir vərdiş əldə etmək və ya vərdişdən qurtulmaq üçün lazım olan vaxt 21 gündür. Bir insanın psixoloji və fiziki olaraq nəyi isə dəyişməsi üçün lazım olan müddət 21 gündür. Təqib etməyi dayandırmaq üçün insan özünə 21 gün verməlidir və heç vaxt qarşı tərəfin hesablarını yoxlamamalıdır. 21 günün sonunda qarşı tərəfin həyatı ilə bağlı hiss edilən maraq hissi yox olacaq.

Mənbə: MaksatBilgi

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et