Bu gün:

İldırım nədir və necə əmələ gəlir?


İldırım tufan zamanı buraxılan elektrik enerjisinin bir formasıdır. Yüklərin yığılması ilə enerji qəfildən buludda sərbəst buraxılır. İsti havanın soyuq hava ilə qarışdığı yerdə ildırım olur. Bu səbəbdən Antarktidada ildırım, ümumiyyətlə, yoxdur və səhrada ildırım çaxması olduqca nadir bir hadisədir.

İldırım necə əmələ gəlir?

Şimşək buludda müsbət və mənfi yüklərə malik olan elektrik yüklü su damcılarının və buz kristallarının qarşılıqlı təsiri nəticəsində baş verir. Buludda həddindən artıq miqdarda mənfi yüklər, yerdə isə müsbət yüklər yığıldıqda yüklü hissəciklərin bir-biri ilə görüşməsi  qarşılıqlı əlaqə yaranır.

Müəyyən bir hava sıxlığı və məsafə kimi əlverişli amilləri nəzərə alaraq, bulud və yer arasında hərəkət edən bəzi elektronlar və ionlar cərəyanın naqildən keçməsi kimi, digər yüklü hissəciklərin hərəkət etdiyi parlaq plazma kanalı yaradır.

Böyük buludlar əhəmiyyətli dərəcədə elektrik yükü əmələ gətirir, nəticədə ildırımda çox güclü elektrik cərəyanı yaranır. İldırım buludla yer arasında, iki bulud arasında və ya bir buludun içində baş verə bilər. Nadir hallarda Yerdə mənfi yüklər əmələ gələ, aşağıdan yuxarıya doğru ildırım çaxa bilər.

İldırımın daha tez-tez çaxdığı tufan zamanı mineral suya bir qədər oxşar qoxu ola bilər. Tufan zamanı ildırım çaxması atmosferdəki oksigen və azot molekullarını ayırır (onları ionlaşdırır), azot oksidinə çevrilir. Havada digər kimyəvi maddələrlə qarşılıqlı əlaqədə olur və ozonun allotropik modifikasiyası əmələ gətirir.  Gül zamanı ozon atmosferin daha yüksək təbəqələrindən aşağı hava axını ilə enir.

Mənbə: Dzen

Tərcümə etdi: Leyla Bayandurlu

Paylaş
Şərh əlavə et