Bu gün:

Simpatiya və empatiya arasındakı fərqlər nələrdir?


Simpatiya nədir?

Simpatiya anlayışının lüğəvi mənası qarşıdakı insanın istiliyi və qorunması kimi ifadə edilir. Rəğbətin əsası digər insanın yaxşı olmasıdır. Simpatiyaya görə, qarşıdakı insan nə edirsə etsin, o, haqlıdır. Simpatiyada tərəf tutmaq meyli var. İstənilən hadisə qarşısında insanlar haqlı və ya haqsız olmasından asılı olmayaraq, tanıdığı adamın tərəfini tutmağa üstünlük verirlər.

Simpatiyada hadisələrə qarşı tərəfin prizmasından baxmaq lazım deyil. Bu vəziyyətin əksinə olaraq qarşı tərəf nə deyirsə desin, insan özündən misallar gətirərək eyni şeyləri yaşadığı fikrini çatdırmağa çalışır.

Simpatiya hiss və düşüncələrinin mənbəyindən asılı olmayaraq, digər insanla eyni hisləri bölüşmək deməkdir. Simpatiyada qarşı tərəfə yaxınlıq hissi, empatiyada isə hadisəni yaşayan insanın düşüncələrini anlamaq cəhdi var. Effektiv ünsiyyəti təmin edən empatiya sayəsində insanlar arasında güvən mühiti yaranır. 

Simpatiya digər insanın təcrübələrini başa düşməkdənsə, öz təcrübələri ilə əlaqə qurmağı əhatə edir. Empatiyada insan öz hislərini bir kənara qoyur və dünyaya başqasının gözündən baxır.

Empatiya ilə arasındakı fərqlər nələrdir?

Empatiya ilə simpatiya arasındakı əsas fərq odur ki, empatiya insanların fərqli dünyalara sahib ola biləcəyini anlamaqdır. Bu səbəbdən də empatiya anlayışı müəyyən edilərkən qarşıdakı insanın duyğularını anlamaq qabiliyyəti kimi ifadə edilir. Empatiyada insan diqqətini qarşı tərəfə yönəldir və öz hiss və düşüncələrinə məhəl qoymur. Qarşısının özündən fərqli hisslər yaşadığının fərqində olduğu üçün özündən misallar çəkməyə çalışmaz. Empatiya və simpatiya arasında tapılan digər fərqlərə aşağıdakılar daxildir:

- Simpatiya qarşı tərəfin hisslərini olduğu kimi hiss etmək olarkən, empatiya hadisələrə qarşı tərəfin gözü ilə baxmaqdır.

- Simpatiya digər insanı başa düşmədən onu təsdiqləməyi ehtiva edən bir vəziyyət olsa da, empatiyada anlayış təsdiqləməkdən daha vacibdir.

- Empatiya quran insanlar yaxşı dinləyicidirlər və az danışırlar. Simpatiyada insan daha çox danışır və daha az dinləyir.

- Simpatiya qarşıdakı insanla xoşbəxt və kədərli hiss etmək, empatiya isə qarşıdakı insanın hiss və düşüncələrini anlamaq deməkdir.

- Simpatiyada ədalət hissi üstünlük təşkil etdiyi halda, empatiyada anlamaq cəhdi üstünlük təşkil edir. Anlamaq və ədaləti vermək eyni məna daşımadığı kimi, empatiya və simpatiya da eyni məna daşımır.

Mənbə: Hürriyet

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et